• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Millimizin böyük məşqçisi: “Mübarizin şəhid olduğu gün üç erməni güləşçiyə qalib gəldik” - FOTO - VİDEO

İdman

21-06-2022, 18:41

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə milli komanda Vətənə qayıdıb.

bakunews.az xəbər verir ki, altı qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzov rekord nəticəni belə şərh edib:

“Tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Bu uğurların səbəbkarı idmana diqqət və qayğı göstərən cənab Prezidentimizdir. U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləri ilə bu yarışa hazırlaşdılar və yarışdılar. Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Şükür Allaha ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. Bu uğurda hər kəsin payı var.

2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında dörd qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz beş qızıl medal almaq idi. Allah altı qızıl medalı bizə qismət etdi.

Ölkə çempionatından sonra Xaçmazda üç təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücüylə güləşdi. Məşqçi kimi razı qaldıq. Dörd qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün üç erməni güləşçiyə qalib gəlmişdik. Bütün medallarımızı şəhidlərimizə həsr edirik. Onların ruhu şad olsun. Azərbaycan idmanı zirvələrdədir. Daim orda qalmasına çalışırıq.

Fürsətdən istifadə edib, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və şəxsən cənab nazir Fərid Qayıbova minnətdarlığımızı bildiririk ki, federasiya rəsmiləriylə birgə bizi Avropa çempionatına yola saldılar”.

Böyüklərdən ibarət yığma komandanın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev bunları deyib:

“Bu il bizim üçün düşərli oldu. U-23 Avropa çempionatında hər üç növdə çempionlarımız oldu. Sərbəst güləşdə komanda hesabında çempion, yunan-Roma güləşində isə üçüncü olduq. İdmana diqqət və qayğısını əsirgəməyən Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin komandalarımızı qəbul etməsi, ardınca böyüklər arasında Avropa çempionu olan yunan-Roma və sərbəst güləş üzrə millilərimizlə görüşüb, onları mükafatlandırması böyük stimul oldu. Hər üç komandamız üçün Olimpiya Güləş Mərkəzində yolasalma mərasimi keçirmişdik. U-17 Avropa çempionatında yunan-Roma güləşində iki qızıl, beş gümüş və bir bürünc, qadın güləşində bir dəst medal, sərbəst güləşdə isə altı qızıl, bir gümüş və iki bürünc medal qazandıq. Bu uğurlar güləşdəki inkişafdan xəbər verir. Cənab Prezidentin hər zaman qayğısını hiss edirik. Əlbəttə, MOK və nazirlik də öz növbəsində dəstəyini əsirgəmir. Sözsüz ki, federasiya rəhbərliyinin və əməkdaşlarının hər birinin əməyi var. İnanıram ki, bir neçə gündən sonra İtaliyada başlayacaq U-20 Avropa çempionatında da bu qələbələrin ardı gələcək. Fürsətdən istifadə edib, idmançılarımızın uğurlarını işıqlandıran media nümayəndələrinə təşəkkürümüzü bildiririk”.

Daha sonra Avropa çempionu Elman Ağayev təəssüratlarını bölüşüb:

“Yarış yaxşı keçdi. Əvvəlcə Gürcüstan, daha sonra Türkiyə, finalda isə Ermənistan idmançısına qalib gəldim. Özümə inanırdım. Çünki yarışa hazırlığımız çox yaxşı keçmişdi. Növbəti hədəfim dünya çempionluğudur”.

Sonda U-17 yaş qrupunda ən ağır çəkidə Avropa çempionu olmaqla, güləşimizdə ilkə imza atan Yusif Dursunov uğurun səbəbini açıqlayıb:

“Üç keyfiyyətli təlim-məşq toplanışı keçdik. Bunun nəticəsi olaraq komandamız Avropa çempionu oldu. Güclü rəqiblərimiz vardı. Ancaq biz onlardan da güclüydük. Şükür Allaha, çempion olduq. Gənclər və İdman Nazirliyinə, federasiyamıza, yığmanın məşqçilərinə və şəxsi məşqçilərimə təşəkkür edirəm. Allah hamısından razı olsun”.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

19-07-2022, 17:31

Azərbaycanın güləş komandası tarixi uğura imza atıb

İdman

18-08-2022, 10:09

İslamiada: Azərbaycan 88 medalla 4-cüdür

İdman

7-08-2022, 18:17

Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli olub

İdman

12-08-2022, 10:08

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəldi

İdman

21-08-2022, 10:00

Azərbaycanlı boksçu Avropa çempionu oldu - FOTO

İdman

27-06-2022, 12:29

Azərbaycan boksçuları beynəlxalq turnirdə yeddi MEDAL QAZANDI

İdman

2-09-2022, 19:37

Güləşçimiz dünya çempionu oldu

İdman

30-07-2022, 21:20

Cüdo üzrə qarışıq komandamız EYOF 2022-də qızıl medal qazandı

İdman

30-06-2022, 13:24

İdmançılarımız 3 medal qazandı

İdman

15-08-2022, 17:33

Tanınmış soydaşımız Cesika Qədirova Avropa çempionu titulunu qazanıb

İdman

14-07-2022, 14:05

Azərbaycanın 14 cüdoçusu Qran-pridə çıxış edəcək

Siyasət

22-08-2022, 14:42

İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər - YENİLƏNİB-2

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 12:00
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
Dünən, 16:36
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Dünən, 13:00
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
30-07-2026, 19:00
Qarabağ suvarma kanalında bir nəfər batıb
30-07-2026, 10:00
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
29-07-2026, 13:20
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
Xəbər lenti
  • Bu gün, 16:00
    Çində daşqın nəticəsində 25 nəfər ölüb
  • Bu gün, 15:30
    Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
  • Bu gün, 15:00
    İran yenidən İraqın şimalına zərbə endirib
  • Bu gün, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 12:00
    Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
  • Bu gün, 11:00
    Sloveniya Prezidenti qəzaya düşdü
  • Bu gün, 10:30
    İkram Kərimov vəfat etdi
  • Dünən, 17:44
    İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
  • Dünən, 17:36
    Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
  • Dünən, 16:36
    Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
  • Dünən, 15:22
    Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 13:00
    Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
  • Dünən, 12:37
    Bazar gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:27
    Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
  • Dünən, 12:15
    MƏTBUAT QAYĞISI, YOXSA AĞIZSUSPAYI? – İSMÂYILLIDA JURNALİSTLƏRƏ OLUNAN "JEST"İN PƏRDƏARXASI!
  • Dünən, 11:56
    Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
  • Dünən, 11:06
    Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
  • Dünən, 10:50
    Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
  • Dünən, 10:32
    Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • Dünən, 10:22
    "Kontakt Home"dan aldığı velosiped sifarişinə uyğun çıxmadı-ŞİKAYƏT
  • Dünən, 10:06
    Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
  • Dünən, 09:48
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • Dünən, 09:42
    İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 09:12
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • 31-07-2026, 19:00
    Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
  • 31-07-2026, 18:34
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • 31-07-2026, 18:28
    Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
  • 31-07-2026, 17:57
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • 31-07-2026, 17:49
    Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO
  • 31-07-2026, 17:13
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • 31-07-2026, 16:59
    Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb
  • 31-07-2026, 16:40
    Qazini cərəyan vurub öldürdü - Foto
  • 31-07-2026, 16:26
    Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə