Sizin reklam burada 728×90
Son dəqiqə

"Kəpəz"in yeni baş məşqçisi bəlli olub

10.06.2025 18:04 287 1 dəq oxunur
"Kəpəz"in yeni baş məşqçisi bəlli olub
"Kəpəz"in yeni baş məşqçisi müəyyənləşib.

Qərb təmsilçisi Adil Şükürovla anlaşıb.

Təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb.

Qeyd edək ki, baş məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

Adil Şükürov Gəncə kollektivində futbolçu qismində də çıxış edib. O, 1999/2000 mövsümündə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medalını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az