Sizin reklam burada 728×90
Son dəqiqə

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - Fotolar

20.06.2025 14:35 316 1 dəq oxunur
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.

Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu, onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu.

Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi - Fotolar






Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az