Sizin reklam burada 728×90
Son dəqiqə

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb

11.08.2022 19:40 577 1 dəq oxunur
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

bakunews.az report-a istinadən xəbər verir ki, 61 kq-da çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib.

Hesab 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xal prinsipinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib..

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az