Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Əliabbas Rzazadə bürünc medal qazanıb.
bakunews.az trend-ə istinadən bildirir ki, sərbəst güləşçimiz Tacikistin idmançısı Hikmotullo Vohidova 8:7 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə mübarizə aparır.
bakunews.az