Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanlı Olimpiya mükafatçısı İslamiadaya inamlı qələbə ilə start verib

12.08.2022 13:22 596 1 dəq oxunur
Azərbaycanlı Olimpiya mükafatçısı İslamiadaya inamlı qələbə ilə start verib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start verib.

bakunews.az-nun report-a istinadən məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az