Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanın dünya çempionları İslamiadaya inamlı qələbə ilə start verib

12.08.2022 13:52 631 1 dəq oxunur
Azərbaycanın dünya çempionları İslamiadaya inamlı qələbə ilə start verib
Azərbaycanın daha bir titullu güləşçisi Eldəniz Əzizli (55 kq) V İslam Həmrəyliyi Oyunlarına uğurlu başlayıb.

bakunews.az-nun reporta istinadən məlumatına görə, 30 yaşlı dünya və ikiqat Avropa çempionu türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.

13:10
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start verib.

"Report"un məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az