Sizin reklam burada 728×90
Son dəqiqə

İslamiadada skandal - Bu yarışın nəticələri ləğv edildi

13.08.2022 19:55 497 1 dəq oxunur
İslamiadada skandal - Bu yarışın nəticələri ləğv edildi
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında atletika yarışlarının nəticələri ləğv edilib.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb naqillərdə yaranan nasazlıq səbəbindən vaxtın hesablanması düzgün aparılmamasıdır.

Problemi isə yalnız yarışın dördüncü günündə texniki nasazlıq aradan qaldırılanda müəyyən etmək mümkün olub. Müzakirələrdən sonra qaçışın ilk üç gününün nəticələrinin etibarsız sayılması qərara alınıb.

Buna baxmayaraq, qaliblərdən medalların geri alınmaması və İslamiadanın komanda medal cədvəlində dəyişiklik edilməməsi qərara alınıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az