• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İki İslamiadanın müqayisəsi: İrəli-geri gedənlər və yerində sayanlar - ARAŞDIRMA

İdman

23-08-2022, 17:03

Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışı müsbət və mənfi tendensiyalarla əlamətdar olub.

bakunews.az reporta istinadən Bakıda 5 il əvvəl keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ilə yeni başa çatmış Oyunlar arasında müqayisələr aparıb.

Bakı-2017-də 54 ölkədən 6 000-dək yaxın atlet iştirak edib. 12 may 2017-ci ildə açılışı olan turnirin bağlanış mərasimi 22 mayda həyata keçirilib.

Bakıdakı yarışda su idman növləri (suya tullanma, üzgüçülük, su polosu), atletika (para-atletika), 3x3 basketbol, boks, futbol, gimnastika (idman gimnastikası, bədii gimnastika), həndbol, cüdo (paracüdo), karate, atıcılıq (güllə və stend atıcılığı), stolüstü tennis, taekvondo, tennis, volleybol, ağırlıqqaldırma, güləş, uşu və zorxana idman növləri üzrə mübarizə aparılıb.

Konyadakı Oyunlara isə 55 ölkədən (mayda Misir, iyulda isə İraq yarışda iştirakdan imtina edib – S.M.) 4200-dək idmançı qatılıb. 9 avqustda açılışı Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda olan yarışın bağlanışı orada gerçəkləşdirilə bilməyib. Buna səbəb stadionun yararsız vəziyyətə düşməsi olub. Nəticədə bağlanış mərasimi Konyadakı Atletlər Kəndinin önündəki arenada baş tutub.

Türkiyədə su idman növlərindən suya tullanma, su polosu, həmçinin boks, paralimpik cüdo, güllə atıcılığı, tennis, uşu və zorxana olmayıb. Əvəzində para-üzgüçülük, kamandan oxatma (ənənəvi türk oxatması, para-oxatma), boççe, velosiped idman növü (trek və şose velosipedi), qılıncoynatma, aerobika gimnastikası, kikboksinq və para stolüstü tennis yarış proqramına daxil edilib. Azərbaycan bu idman növlərindən yalnız ikisində – ənənəvi türk oxatması və boççedə təmsil olunmayıb.


İslamiadanın keçirilməsi üçün Azərbaycanda 17, Türkiyədə 12 idman obyektindən istifadə olunub. Bakıda 425 idmançı ilə təmsil olunan Azərbaycan Türkiyədə 282 atletlə mübarizə aparıb.

Bakı-2017-də Azərbaycan 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) qazanıb. Türkiyə Azərbaycandan çox medal (195) qazansa da, "qızıl" sayında meydan sahiblərinə uduzduğundan, 2-ci olub. İran 98 medalla 3-cü yeri tutub.

Türkiyədə isə meydan sahibləri 341 medalla 1-ci, Özbəkistan 158 medalla 2-ci və İran 133 medalla 3-cü olub. Azərbaycan isə 99 medalla (29 qızıl, 36 gümüş, 34 bürünc) 4-cü olmaqla kifayətlənib.

Geriləyənlər və yerində sayanlar

Komanda yarışlarında cüdo millisi Bakı-2017-də olduğu kimi, Konya-2021-də də qızıl medal qazanmaqla, ardıcıl ikinci dəfə müsəlman ölkələri arasında ən güclü olduğunu sübuta yetirib.

Komanda növlərindən 3x3 basketbolunda Azərbaycanın kişi və qadın milliləri Bakı-2017-də çempion olubsa, Konya-2021-də kişi yığması gümüş medalla kifayətlənib, qadın millisi isə ardıcıl 2-ci dəfə bu titula yiyələnib.

Futbolda indi "Kəpəz"ə rəhbərlik edən Yaşar Vahabzadənin Bakı-2017-də baş məşqçisi olduğu Azərbaycan millisi finalda Omana Mahir Emrelinin (o vaxt soyadı Mədətov olub – S.M.) dublu ilə 2:1 qalib gəlib. Bu dəfə isə Samir Əliyevin baş məşqçilik etdiyi yığma zəif heyətlə iştirak etdiyindən, yalnız 3-cü olmaqla kifayətlənib.

Qadın həndbol yığması Bakıda çempion olubsa, Konyada finalda Türkiyəyə uduzmaqla gümüş medal qazanıb.

Qadın voleybol millisi isə Türkiyədə bürünc medal qazanıb. Halbuki 5 il əvvəl Polina Rəhimova və Valeriya Məmmədova (Korotenko) kimi liderlərin yer aldığı yığma finalda Türkiyəyə qalib gəlməklə çempion olmağı bacarıb. Kişi millisi isə Bakıda gümüş medal qazansa da, Türkiyədə meydan sahiblərinə 3-cülük uğrunda görüşdə uduzaraq mükafatsız qalıb.

Hansı idman növündə irəliləmə var?

Bakıdakı Oyunlarda Azərbaycan idmançılarının nəticələri daha uğurlu olub. Bunun əsas səbəblərindən biri doğma meydan və daha çox idmançı ilə təmsil olunma amilidir. Bakıdakı yarışın federasiyalar üçün daha böyük önəmə malik olması da qızıl medalların sayının çox olmasını şərtləndirib. Məsələn, kişi cüdo millisi oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına görə Konya-2021-ə ikinci heyətlə qatılmışdı.

Bədii gimnastika millisi son 5 il ərzində daha çox inkişafda olub. Yenə 8 medal qazanılsa da, bunlardan 5-nin "qızıl" olması ("Bakı-2017"də 4 "qızıl" olub – S.M.) həmin idman növündə inkişafın göstəricisi sayıla bilər.

Həmçinin, 3x3 basketbolu, futbol, həndbol, ağırlıqqaldırma (Konya-2021-dən fərqli olaraq, Bakıda kiçik medallar nəzərə alınmırdı – S.M.) və güləşdə eyni sayda medallar qazanılıb. Sadəcə, əyar baxımından Bakıda daha yaxşı nəticə göstərilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

8-08-2022, 19:01

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

İdman

10-08-2022, 15:35

Azərbaycan güləşçisi İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi

İdman

18-08-2022, 10:09

İslamiada: Azərbaycan 88 medalla 4-cüdür

İdman

10-08-2022, 13:57

Azərbaycan taekvondoçuları İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər

İdman

5-08-2022, 19:03

Gimnastlarımız yarışa belə hazırlaşır

İdman

8-01-2023, 01:10

"Qəbələ" İdman Klubunun 10 yaşı tamam olur

İdman

16-08-2022, 17:11

İdmançılarımız İslamiadada stend atıcılığı yarışlarında qızıl medal qazanıblar

İdman

5-08-2022, 18:58

"Milli komandamız hazırda dünyanın ən güclülərindən biridir"

Siyasət

9-08-2022, 16:44

İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"

İdman

10-08-2022, 19:26

İslamiada: Azərbaycan taekvondoçusu finala yüksəlib

İdman

14-08-2022, 12:34

Mədinə Mustafayeva İslamiadada gümüş medal qazanıb

İdman

12-08-2022, 10:08

İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəldi

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Bu gün, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • Bu gün, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • Bu gün, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • Bu gün, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • Bu gün, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • Bu gün, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • Bu gün, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Bu gün, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Bu gün, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • Bu gün, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
  • Bu gün, 16:14
    Masam layihəsi Yəməndə yarım milyon kvadratmetrdən çox ərazini təhlükəsizləşdirib
  • Bu gün, 16:05
    Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub
  • Bu gün, 15:57
    Yasamalda başçı 3 ildir BİR GİLEYİ QULAQARDINA VURUR - AXI NİYƏ?
  • Bu gün, 15:46
    GÖMRÜKDƏ YENİ QİYMƏT QALMAQALI: ABŞ-DAN ALINAN AVTOMOBİLİN SƏNƏDLƏRİ NİYƏ ŞÜBHƏ ALTINA ALINIR? – ŞAHİN BAĞIROVA CİDDİ ŞİKAYƏT
  • Bu gün, 15:37
    Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
  • Bu gün, 15:25
    Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
  • Bu gün, 15:03
    Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib
  • Bu gün, 14:55
    “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
  • Bu gün, 14:35
    Bir qrup energetik təltif edilib - Sərəncam
  • Bu gün, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Bu gün, 13:07
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə