Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan çempionatında 17 ildən sonra nadir hadisə

22.08.2022 16:52 586 1 dəq oxunur
Azərbaycan çempionatında 17 ildən sonra nadir hadisə
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.

bakunews.az report-a istinadən xəbər verir ki, "Sabah" - "Neftçi" matçında bir komandanın qapısına üç penalti zərbəsi təyin edilib.

Meydan sahibləri bu üç imkanın ikisindən yararlanıb.

Azərbaycan çempionatları tarixində sonuncu belə hadisə 17 il əvvəl yaşanıb. 2005/2006 mövsümünün "Gənclərbirliyi" - "Şahdağ" görüşündə də qonaqlar cəzalanıb.

2005-ci il dekabrın 10-da keçirilmiş görüşdə hər üç penaltini Pathe Banqura yerinə yetirib. Sumqayıt təmsilçisinin hücumçusu bu imkanlardan ikisindən istifadə edib. Həmin qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sabah" "Neftçi"yə 2:1 hesabı ilə qalib gəlib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az