Sizin reklam burada 728×90
Son dəqiqə

Mikayıl Cabbarov iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərin üçtərəfli görüşündən yazdı -

14.11.2023 17:21 387 1 dəq oxunur
Mikayıl Cabbarov iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərin üçtərəfli görüşündən yazdı -
Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

Nazir bildirib:
“Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə iştirak etdiyimiz Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli oldu. Ölkələrimiz arasında bərpa olunan enerjiyə fokuslanan tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin nəqli imkanlarını müzakirə etdik”.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az