Sizin reklam burada 728×90
Son dəqiqə

Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri ilə görüşüb -

14.11.2023 17:19 428 1 dəq oxunur
Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri ilə görüşüb -
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.

Bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib.

“Laziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan, ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, Özbəkistanla ticari-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair yol xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahəsində tərəfdaşlığın təşviqi məsələlərini nəzərdən keçirdik”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az