Sizin reklam burada 728×90
Son dəqiqə

Neftimizin qiyməti ucuzlaşdı

09.10.2024 10:04 441 1 dəq oxunur
Neftimizin qiyməti ucuzlaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,1 % azalaraq 79,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 82.91 dollara ticarət edilib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az