Sizin reklam burada 728×90
Son dəqiqə

COP29-da aktivistlər aksiya keçirib

14.11.2024 09:20 358 1 dəq oxunur
COP29-da aktivistlər aksiya keçirib
Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub.

İqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.

Aksiyada, həmçinin, "Detallı İqlim Fakturası" başlığı ilə 10 metr uzunluğunda pankart açılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az