Sizin reklam burada 728×90
Son dəqiqə

Qızıl korreksiya çərçivəsində ucuzlaşıb

12.08.2022 12:47 561 1 dəq oxunur
Qızıl korreksiya çərçivəsində ucuzlaşıb
Son bir neçə gün ərzində qeydə alınmış qiymət artımından sonra dünya bazarında qızıl korreksiya çərçivəsində cüzi ucuzlaşıb.

bakunews.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,18% ucuzlaşaraq 1 unsiyası 1 803,90 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,13% düşərək 1 unsiyası 20,323 ABŞ dolları təşkil edib.

ABŞ-da illik inflyasiya ilə bağlı açıqlanmış statistikaya görə, ölkədə inflyasiya səviyyəsi 9,1%-dən 8,5%-ə qədər zəifləyib. Bu statistikanın açıqlanmasından öncə qızıl inflyasiya hedci olaraq bahalaşırdı, hazırda isə zəif korreksiya davam edir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az