Sizin reklam burada 728×90
Son dəqiqə

İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri görüşüb

23.02.2023 20:20 1 571 1 dəq oxunur
İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

İqtisadiyyat naziri müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraq dairəsi barədə fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.

Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar. İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sənan
Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az