• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib

İqtisadiyyat

19-03-2023, 22:50

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin və regionun ən böyük dəmir filizi mədənlərinin istismarı üzrə uğurlu fəaliyyət aparılır. “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə” yataqlarını əhatə edən “Daşkəsən” dəmir filizi sahəsində ən qısa müddətdə istismar işlərinə başlamaq üçün aparılmış təhlillər ötən il yekunlaşdırılıb. Təfərrüatlı təhlillərə uyğun olaraq, sadalanan yataqlardan “Şimal-qərb” və “Cənub-şərq” üzrə dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılmasının mümkün olduğu müəyyənləşdirilib. Açıq hasilat üsulundan fərqli olaraq, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğu nəzərə alınaraq, daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə fəaliyyətə başlanılıb.
Müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan resurslarda 67.37 milyon ton artım əldə edilib. Beləliklə, “Şimal-qərb” və “Cənub-şərq” yataqlarının cəmi ehtiyatları 117.6 milyon tondan 184.97 milyon tona çatdırılıb. Bu iki yataq üzrə Böyük Britaniyanın beynəlxalq təcrübəli məsləhətçi “Micon International” şirkəti ilə birgə müasir texnologiyanın tətbiqi ilə 21 illik istismar planı hazırlanıb. Bununla belə, istismar planının 30 ilədək artırılması məqsədilə “Daşkəsən” dəmir filizi sahəsində 5 yataq üzrə kəşfiyyat-tədqiqat işləri davam etdirilir.

Qeyd edilən istismar planına uyğun olaraq, 2025-2026-cı illər aralığında dəmir filizi istehsalının təşkili çərçivəsində 2022-ci ildən filiz süxurlarına çatmaq üçün üstaçma işlərinə start verilib, həmin ilin sonunadək 350 min ton filiz çıxarılaraq filiz anbarında toplanıb. Cari il ərzində isə istismar planına əsasən, hədəf 1.66 milyon ton həcmində filizin çıxarılmasıdır.

Dəmir filizinin istehsal edilməsi ilə ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir. Bu məqsədlə iqtisadi cəhətdən səmərəli və ən optimal texnoloji həllərlə yeni istehsal zəncirinin yaradılması nəzərdə tutulur. İstehsal zəncirinə 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet və 95% dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI - Direct Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı planlaşdırılır.

Ötən il dəmir filizi konsentratının istehsalı üçün dəmir filizi mədənlərin yaxınlığında – Daşkəsən rayonunda inşa edilməsi nəzərdə tutulan zənginləşdirmə zavodunun inşası layihəsi ilə bağlı yerli mühəndislik və məsləhətçi şirkət olan "ENCOTEC" QSC tərəfindən İlkin Layihələndirmə işləri aparılıb. Zavod ərazisində yeni tikiləcək əsas və köməkçi binaların tikintisi, yararsız binaların sökülməsi üçün layihələndirmə işləri davam etdirilib. Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su, elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb. Zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb.

“Daşkəsən” dəmir filizi sahəsindən konsentrat ötən illərdə kanat xətti ilə rayonun Quşçu qəsəbəsində yerləşən yükləmə məntəqəsinə nəql edilir, oradan isə dəmir yolu vasitəsi ilə yükdaşıma təmin edilirdi. Uzun müddət istismarda olmuş sözügedən aktivlərin hazırda yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, yeni infrastrukturun qurulması üçün alternativ və daha səmərəli həll yolları dəyərləndirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılmış araşdırmalar nəticəsində Daşkəsən rayonundan Gəncə şəhərinin inzibati ərazisində yerləşəcək pellet zavoduna daşınmasını təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri ilə nəqletmə prosesinin texniki və maliyyə baxımından daha səmərəli olduğu müəyyən edilib. Bu istiqamətdə qlobal “Paterson&Cooke” şirkətinin Böyük Britaniya ofisi tərəfindən İlkin Layihələndirmə və Əsas Layihələndirmə işləri aparılıb. Layihələndirmə işləri çərçivəsində boru xəttinin marşrutu, konstruktiv və mexaniki tələbləri müəyyənləşdirilib, həmçinin sınaq işləri icra edilib. Hazırda təfərrüatlı layihələndirmə işləri sürətlə davam etdirilir.

Layihəyə əsasən, 45 km uzunluğa malik boru xəttinin inşası ilə Daşkəsəndə istehsal edilmiş dəmir konsentratı su ilə qarışdırılaraq şlam halında Gəncə şəhəri istiqamətində nəql ediləcək. Şlam boru xəttinin sonunda qurulacaq susuzlaşdırma stansiyasında konsentrat və su ayrılacaq, ayrılmış konsentrat pellet, texniki su isə pellet və DRI/HBI istehsalı prosesində istifadə olunacaq.

Gələcəkdə istehsal olunacaq pellet və DRI/HBI məhsulunun həm ölkə ərazisində, həm də ixrac məqsədilə daşınması üçün Gəncə şəhərinin əlverişli coğrafi mövqeyi nəzərə alınaraq, sözügedən məhsullarının istehsalı müəssisələrinin adıçəkilən şəhərin inzibati ərazisində qurulması planlaşdırılıb. Bu məqsədlə pellet istehsalı zavodu üzrə podratçı qismində cəlb edilmiş Almaniyanın "NewFer" şirkəti tərəfindən start verilmiş İlkin Layihələndirmə işləri hazırda davam etdirilir. Ötən müddət ərzində konsentrat və pellet üçün metallurji sınaqlar da həyata keçirilib.
İstehsal zəncirinin son halqası olaraq Gəncə şəhərinin inzibati ərazisində qurulması nəzərdə tutulan ikinci müəssisə - DRI/HBI məhsullarının istehsalı zavodunun inşası layihəsi ilə əlaqədar ötən il Avstriyanın nüfuzlu “Horst Wiesinger Consulting” şirkətinin iştirakı ilə texnologiya seçimi üzrə əməliyyat və kommersiya təhlilləri aparılıb. Potensial texnologiyalar arasında ən çox bazar payına malik olan İtaliya, ABŞ, Yaponiya şirkətlərinə məxsus istehsal texnologiyaları araşdırılıb.

Qeyd edək ki, qurulması nəzərdə tutulan zavodların əhəmiyyətli miqdarda elektrik enerji mənbəyinə tələbatının formalaşacağı nəzərə alınaraq, alternativ enerji resurslarından istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin pellet və DRI/HBI zavodlarının tikintisi nəzərdə tutulan ərazinin ayrılması üçün müvafiq dövlət orqanları ilə fəaliyyət davam etdirilir.
Ötən il böyük investisiya tələb edən və kifayət qədər mürəkkəb olan istehsal zəncirinin yaradılması ilə bağlı görülən işlərə 44 milyon 64 min manat vəsait sərf edilib. Dövlət büdcəsinə əlavə yük olmamaq üçün xarici investorun cəlb edilməsi, o cümlədən müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının araşdırılması istiqamətində fəaliyyət davam etdirilir.

Xatırladaq ki, DDF MMC-nin nizamnamə kapitalının artırılmasına yönəldilmiş dövlət vəsaiti hesabına nizamnamə kapitalının ümumi məbləği 183.9 milyon manat müəyyən edilib. Layihənin dəyəri isə ƏDV daxil 1.5 milyard manat təşkil edir. Sözügedən layihə ölkənin makro-iqtisadi göstəricilərinə təsiri baxımından böyük töhfələr vəd edir. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2035-ci ilədək ÜDM-ə milyardlarla manat həcmində töhfə veriləcəyi və böyük həcmdə vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, yüzlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfə verilməsi planlaşdırılır.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Sosial

6-11-2022, 18:32

07 Noyabr üçün hava şəraiti necə olacaq ?

Siyasət

9-09-2022, 16:08

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirildi

Cəmiyyət

6-08-2022, 20:42

Bakıdan bu rayonlara sərnişin axını var

Dünya

16-07-2022, 20:34

Rusiya ilə Azərbaycan arasında dəmir yolu ilə yük daşınması 50% artıb

İqtisadiyyat

22-07-2022, 20:18

Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid mərkəz yaradılıb

Dünya

23-07-2022, 22:10

Almaniyada parlament binası üzərində LGBT bayrağı asıldı

Cəmiyyət

7-08-2022, 13:45

Sabah çimərliyə getmək olar? - XƏBƏRDARLIQ

Cəmiyyət

9-08-2022, 11:56

Azərbaycanda havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

Gündəm / İqtisadiyyat

15-04-2023, 01:13

Avrasiya regionunun əsas nəqliyyat dəhlizləri və onların Azərbaycan Respublikası üçün geosiyasi perspektivləri

Sosial

8-01-2023, 18:52

Sabaha olan hava proqnozu açıqlandı: Bakıya qar yağacaq

Cəmiyyət

7-08-2022, 13:48

Sabah yağış yağacaq, külək əsəcək

Dünya

29-07-2022, 18:40

Rusiya Çinə təcili dəmir yolu çəkməyə hazırlaşır

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 12:00
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
Dünən, 16:36
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Dünən, 13:00
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
30-07-2026, 19:00
Qarabağ suvarma kanalında bir nəfər batıb
30-07-2026, 10:00
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
29-07-2026, 13:20
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
Xəbər lenti
  • Bu gün, 16:00
    Çində daşqın nəticəsində 25 nəfər ölüb
  • Bu gün, 15:30
    Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
  • Bu gün, 15:00
    İran yenidən İraqın şimalına zərbə endirib
  • Bu gün, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 12:00
    Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
  • Bu gün, 11:00
    Sloveniya Prezidenti qəzaya düşdü
  • Bu gün, 10:30
    İkram Kərimov vəfat etdi
  • Dünən, 17:44
    İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
  • Dünən, 17:36
    Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
  • Dünən, 16:36
    Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
  • Dünən, 15:22
    Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 13:00
    Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
  • Dünən, 12:37
    Bazar gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:27
    Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
  • Dünən, 12:15
    MƏTBUAT QAYĞISI, YOXSA AĞIZSUSPAYI? – İSMÂYILLIDA JURNALİSTLƏRƏ OLUNAN "JEST"İN PƏRDƏARXASI!
  • Dünən, 11:56
    Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
  • Dünən, 11:06
    Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
  • Dünən, 10:50
    Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
  • Dünən, 10:32
    Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • Dünən, 10:22
    "Kontakt Home"dan aldığı velosiped sifarişinə uyğun çıxmadı-ŞİKAYƏT
  • Dünən, 10:06
    Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
  • Dünən, 09:48
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • Dünən, 09:42
    İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 09:12
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • 31-07-2026, 19:00
    Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub
  • 31-07-2026, 18:34
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • 31-07-2026, 18:28
    Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
  • 31-07-2026, 17:57
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • 31-07-2026, 17:49
    Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO
  • 31-07-2026, 17:13
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • 31-07-2026, 16:59
    Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb
  • 31-07-2026, 16:40
    Qazini cərəyan vurub öldürdü - Foto
  • 31-07-2026, 16:26
    Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə