Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycandan qanunsuz şəkildə Rusiyaya getmək istəyən pakistanlılar saxlanılıblar

22.11.2023 20:23 369 1 dəq oxunur
Azərbaycandan qanunsuz şəkildə Rusiyaya getmək istəyən pakistanlılar saxlanılıblar
Noyabrın 21-də saat 13:35-də Qusar rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşları 1974-cü il təvəllüdlü Majeed Abdul Muhammad, 1979-cu il təvəllüdlü Muhammad Yaseen Ali, 2004-cü il təvəllüdlü Abu Bakar Ahsan ve 2008-ci il təvəllüdlü Ullah Ubaid Ahsan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az