Sizin reklam burada 728×90
Son dəqiqə

Salyanda narkotiklə məşul olanlar saxlanılıb -

01.08.2023 10:39 329 1 dəq oxunur
Salyanda narkotiklə məşul olanlar saxlanılıb -
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Seyidsadıqlı kənd sakini Vaqif Səmədov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 46 ədəd çətənə kolu, eləcə də təmiz çəkisi 910
qram marixuana aşkar olunaraq götürülüb. RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən beş fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları, eləcə də ərzaq məmulatları və ev quşu oğurlamaqda şübhəli
bilinən Neftçala rayon sakini Babakişi Babayev saxlanılıb. Dindirilmə zamanı B.Babayev törətdiyi oğurluq faktlarını etiraf edərək, ələ
keçirdiyi əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.
Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az