• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Məşqdə ölən azyaşlının anası ilə məşqçinin yazışmaları aşkarlandı

Kriminal

7-09-2023, 19:41

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BakuNews.az teleqraf.com-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən Mehman Xəlilovun vəkili Anar Qasımlı vəsatətlə çıxış edib. O bildirib ki, əvvəldən axıra kimi çəkiliş aparılmasını istəyirlər: "Təqsirləndirilən şəxsə ağır ittiham verilib. Bunun da səbəbi bu hadisə baş verəndən sonra yayılan videolardır. Həmin videolar yayılandan sonra insanlarda qəzəb yarandı. Nəticədə təqsirləndirilən şəxsə ağır ittiham verildi.

İşdə daha fərqli hallar var. Bu, ağır hadisədir, təsirlənirəm, zərərçıkmişin acısına şərikəm. Amma işin aparılması, araşdırılması lazımdır. Biz prosesin açıq və ya qapalı keçirilməsində maraqlı deyilik. Əgər çəkiliş olacaqsa, əvvəldən axıra kimi aparılsın. Bizdə bu işin obyektiv araşdırılmasını, cəmiyyətin həqiqəti bilməsini istəyirik. Kiçik bir çəkiliş aparıb, sonra böyük səs-küy yaranmasını istəmirik".

Təqsirləndirilən Mehman Xəlilov da vəkili ilə razı olduğunu deyib. Dövlət ittihamçısı Samir Məmmədov isə məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib.

Zərərçəkmiş Fərid Bakarovun hüquqi varisi, anası Aynurə Məlikova zalda mətbuatın iştirak etməsinə etiraz edib. O deyib ki, mətbuatda bu işin yayılmasını istəmir: "Biz şou göstərmək istəmirik. Biz işin araşdırılmasını, qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda söhbətlər olubsa, öz aramızdadır, özümüz bilirik. Bunun yayılmasını istəmirik. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik. Mənim oğlum var, məktəbə gedir. Bunları internetdə görür, çox pis olur. Ötən məhkəmə iclasını çəkdilər, ananın fəryadı adı ilə şou yaratdılar".

Daha sonra müşavirə keçirən hakim heyəti qərar açıqlayıb. Hakim deyib ki, işdə olan ailə sirrinin yayılması qanunla qadağandır. İşdə ailə sirri ilə bağlı sənədlər, yazışmalar var.

Daha sonra proses qapalı keçirilib.

Qapalı prosesdə prokuror ittiham aktını elan edib. Mehman Xəlilov ona verilən ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, hadisə qəsdən yox, ehtiyatsızlıqdan baş verib.

Növbəti proses sentyabrın 21-də davam edəcək.

İttihama görə, bu ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən təlim zamanı tələbəsi Fərid Bakarova çoxsaylı zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mehman Xəlilova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Olay

2-05-2023, 21:29

Sumqayıtda 7 yaşlı uşağın ölümündə təqsirləndirilən idman müəllimi - VİDEO

Kriminal

7-07-2023, 13:34

Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara HÖKM OXUNDU

Cəmiyyət

29-07-2022, 11:20

Maqsud Mahmudovun şikayəti üzrə məhkəmə başlayıb

Cəmiyyət

23-07-2022, 16:55

"Qul"u olmuşuq, itaət etmişik... - "12-ci İmam Mehdi"nin məhkəməsində qalmaqal

Kriminal

11-08-2023, 11:18

Dövlətə xəyanətdə təqsirləndirilən İran casus şəbəkəsinin azərbaycanlı üzvünə AĞIR CƏZA

Cəmiyyət

19-07-2022, 20:26

"12-ci imamam" deyib dələduzluq edən şəxsin məhkəməsi: "Ona itaət edib, "qul"u olmuşam"

Hadisə

18-07-2022, 14:54

Azərbaycanda 10 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Şou-biznes

4-09-2023, 09:50

Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı

Cəmiyyət

23-08-2022, 10:10

Anasını öldürən hakim qarşısına çıxarılır

Hadisə

16-08-2023, 16:47

Hakim və prorektorun adından dələduzluq etdi

Cəmiyyət

22-06-2022, 12:07

Tağı Əhmədovdan sələmə iki milyon manat aldığını deyən şəxsin cəzası azaldılıb

Cəmiyyət

6-11-2022, 19:01

Bələdiyyə sədri və bacısının şok əməlləri: "Qızıl alverindən qazanc..."

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Dünən, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Dünən, 17:20
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Dünən, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Dünən, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Dünən, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Dünən, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Dünən, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Dünən, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Dünən, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Dünən, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Dünən, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Dünən, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Dünən, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Dünən, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Dünən, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Dünən, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Dünən, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Dünən, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Dünən, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Dünən, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Dünən, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
  • Dünən, 09:00
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • 28-10-2026, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • 28-10-2026, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • 28-10-2026, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • 28-10-2026, 18:13
    “Azəriqaz” sahibkarın mülkiyyətini qanunsuz olaraq girov saxlayır - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə