Sizin reklam burada 728×90
Son dəqiqə

Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət verilib

12.10.2023 18:16 619 1 dəq oxunur
Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət verilib
Bakıda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ramin Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Ramin Rəhimov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az