Sizin reklam burada 728×90
Son dəqiqə

Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib

26.07.2022 14:12 616 1 dəq oxunur
Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib
Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib.

Bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.

O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib.

Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.

Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb. Müsahibə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=MBKGI61g-5s

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az