Sizin reklam burada 728×90
Son dəqiqə

"Mercedes-Benz" Dubayda lüks yaşayış kompleksi inşa edəcək

17.12.2025 16:52 648 1 dəq oxunur
"Mercedes-Benz" Dubayda lüks yaşayış kompleksi inşa edəcək
Dubayda yerləşən "Binghatti" və "Mercedes-Benz" şirkətləri lüks yaşayış kompleksi olan "Mercedes-Benz Places" konsepsiyasını təqdim ediblər.

Avtosfer.az xəbər verir ki, bu barədə alman şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, 930 000 kvadrat metrlik əraziyə malik yaşayış kompleksi öz infrastrukturuna malik "şəhər içində şəhər" olacaq. Burada ticarət obyektləri ilə yanaşı, idman və əyləncə zonaları, restoranlar, parklar və ictimai məkanlar yer alacaq.

Layihənin dəyəri 8.2 milyard dollardır və tikinti işlərinə 14 yanvar 2026-cı ildə başlamaq planlaşdırılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az