Sizin reklam burada 728×90
Son dəqiqə

Zaur Nəbioğlu 10 min manat rüşvət təklif edib?! -İDDİA

20.11.2024 17:39 480 1 dəq oxunur
Zaur Nəbioğlu 10 min manat rüşvət təklif edib?! -İDDİA
Müğənni Vəfa Şərifova qalmaqal yaşadığı Şəbnəm Tovuzlu ilə efirə çıxmaq üçün ona pul təklif edildiyini deyib.

Məlumata görə, "Günə bax" proqramında qonaq olan sənətçi təklifi aparıcı Zaur Nəbioğlundan aldığını deyib.

"Zaur mənə dedi ki, 10 min manat verirəm Şəbnəmlə efirə çıx. Razılaşmadım. Bu, əvvəlcədən olan hadisə idi" deyə, Vəfa bildirib.

O, Şəbnəmin "50 min versələr də Vəfa ilə efirə çıxmaram" sözlərinə reaksiya verərək "Yəqin söhbət buradan qaynaqlanıb" sözlərini əlavə edib.

Qeyd edək ki, Şəbnəm "Rəngarəng" verilişinə zəng edərək "50 min, oğlum Əlinin canına 100 min də versəniz onunla efirə çıxmaram" sözlərini deyib.(axşam.az)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az