Sizin reklam burada 728×90
Son dəqiqə

Qobustanda 541 yeni təsvir və 18 yeni təsvirli qaya qeydə alınıb

03.08.2022 16:24 551 1 dəq oxunur
Qobustanda 541 yeni təsvir və 18 yeni təsvirli qaya qeydə alınıb
Qobustan qoruğunda 541 yeni təsvir və 18 yeni təsvirli qaya qeydə alınıb.

bakunews.az apa-ya istinadən xəbər verir ki, bunu Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

O bildirib ki, Cingirdağ-Yazılıtəpə və yeni aşkarlanmış Sonaqaya sahəsindəki təsvirli daşlar sənədləşdirilib:

"3 illik tədqiqatın nəticəsi olaraq Cingirdağ-Yazılıtəpə ərazisində 169 təsvirli daşda (tədqiqata qədər 151 idi) 1347 (tədqiqata qədər 877 idi) qayaüstü təsvir, işarə, dəlmə və çapma sənədləşdirilərək qeydiyyata alınıb”.

Direktor əlavə edib ki, tədqiqatın nəticələrini özündə əks etdirən "Qobustan. Cingirdağ-Yazılıtəpə vǝ Sona qaya petroqliflərinin korpusu" adlı yeni kataloq çap olunub.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az