Sizin reklam burada 728×90
Son dəqiqə

Kürdəmirdə 17 yaşlı qadının doğuş zamanı ölməsi ilə bağlı cinayət işi başlanıb

06.11.2022 17:00 627 1 dəq oxunur
Kürdəmirdə 17 yaşlı qadının doğuş zamanı ölməsi ilə bağlı cinayət işi başlanıb
Kürdəmirdə yeniyetmənin doğuş zamanı vəfat etməsi ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 06-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib, lakin onların rəsmi nikahı olmayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az