Sizin reklam burada 728×90
Son dəqiqə

Bu tarixədək Putinlə yenidən görüşəcəyəm - Prezident

20.07.2024 16:54 360 1 dəq oxunur
Bu tarixədək Putinlə yenidən görüşəcəyəm - Prezident
İkitərəfli münasibətlərdə (Rusiya ilə - red.) həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalanandan əvvəl də belə deyildi.

Bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

“Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Doğrudan da son dövrlərdə yüksək səviyyəli görüşlərin intensivliyi artıb, buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük (Rusiya Prezidenti Vladimir Putinlə – red.) və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az