• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Təhsil Nazirliyinin adı dəyişdirildi

Siyasət

28-07-2022, 20:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

bakunews.az milli.az-a istinadən bildirir ki, fərmanda qeyd olunub:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) adlandırılsın.

2. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.

3. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılsın:

3.1. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;

3.2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.

4. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilsin (əlavə edilir).

5. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. üç ay müddətində:

6.1.1. Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Ətraflı

6.1.2. bu Fərmanın 1-5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.1.3. Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün;

6.3. bu Fərmanın ¬4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, ¬4-cü və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Nazirlik:

7.1. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Milli Elmlər Akademiyası:

8.1. bu Fərmanın 2¬-ci, ¬4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

28-07-2022, 19:40

Azərbaycanda Elm və Təhsil Nazirliyi yaradılıb

Təhsil

30-07-2022, 19:20

Yeni elm və təhsil naziri təyin olunacaq? - Rəsmi açıqlama

Təhsil

30-07-2022, 18:40

Nazirlik: Elm və təhsil naziri postuna yenidən təyinat olmayacaq

Siyasət

28-07-2022, 20:30

AMEA-nın fəaliyyəti ilə bağlı - Açıqlama

Mədəniyyət

28-07-2022, 22:30

AMEA-nın tərkibində olan bəzi muzeylər Mədəniyyət Nazirliyinə verilib

Təhsil

29-07-2022, 12:50

PA rəsmisi AMEA-da: təcili iclas keçirildi

Cəmiyyət

18-08-2022, 19:00

Müəllimlərin maaşlarına aylıq əlavə edildi - FƏRMAN

Siyasət

23-08-2022, 15:01

Azərbaycanla Özbəkistan arasında bu sazişlər təsdiqləndi

Təhsil

20-08-2022, 12:03

Müəllimlərin maaşları belə hesablanacaq - Kimlər daha çox alacaq?

Cəmiyyət

15-08-2022, 16:50

Üç universitet publik hüquqi şəxsə çevrildi (YENİLƏNİB)

Cəmiyyət

15-07-2022, 20:26

10 bağça müdiri işdən çıxarılıb

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 12:27
Xəzər dənizində zəlzələ olub
Bu gün, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Xəbər lenti
  • Bu gün, 13:23
    Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
  • Bu gün, 13:07
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 13:00
    Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –ŞOK İDDİALAR
  • Bu gün, 12:27
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 12:00
    Anar Bayramov səhiyyə naziri təyin edilib
  • Bu gün, 11:40
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
  • Bu gün, 11:31
    Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olunaraq 5,6 milyona satışa çıxarıldı
  • Bu gün, 10:55
    Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu üzrə əlavə reyslər təşkil olunacaq
  • Bu gün, 10:40
    "EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram...
  • Bu gün, 09:45
    Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
  • Bu gün, 09:30
    Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
  • Bu gün, 09:14
    İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
  • Bu gün, 09:10
    “BEFİT BAKU” fitnes klubuna qarşı valyuta qaydalarını pozması İTTİHAMI - DETALLAR
  • Bu gün, 08:53
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Bu gün, 01:38
    “Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
  • Bu gün, 01:18
    Sabiq hüquq-mühafizə orqanı əməkdaşı Faiq Məmmədovun cinayət işinin qalmaqallı tərəfləri – Ailəsi ədalətli məhkəmə araşdırması tələb edir
  • Dünən, 13:00
    Türkiyə XİN Azərbaycanı təbrik edib
  • Dünən, 12:30
    Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • Dünən, 12:00
    Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
  • Dünən, 11:00
    Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
  • Dünən, 10:30
    Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 10:14
    Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • 17-10-2026, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • 17-10-2026, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • 17-10-2026, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • 17-10-2026, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • 17-10-2026, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • 17-10-2026, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • 17-10-2026, 16:00
    Mark Markes: 68 dərəcədə fizikaya meydan oxuyaraq
  • 17-10-2026, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • 17-10-2026, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • 17-10-2026, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • 17-10-2026, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • 17-10-2026, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə