Sizin reklam burada 728×90
Son dəqiqə

Nazirlik: Elm və təhsil naziri postuna yenidən təyinat olmayacaq

30.07.2022 18:40 1 334 1 dəq oxunur
Nazirlik: Elm və təhsil naziri postuna yenidən təyinat olmayacaq
Elm və təhsilin yenidən təşkilində elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir.

Bu barədə bakunews.az-nun apa-ya istinadən sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Təhsil naziri: “Müəllimlərin ən böyük problemi metodika ilə bağlıdır”Peşə təhsilinə qəbul olanların sayı əlavə olaraq 11 min nəfər artırılacaqÖzünü binadan atan qadın və azyaşlı övladının vəziyyəti açıqlanıb

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb.

Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.

Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir", - deyə məlumatda qeyd edilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az