Sizin reklam burada 728×90
Son dəqiqə

İsa Həbibbəyli: “Nobel komitəsinin bizə borcu var”

29.07.2022 14:40 583 1 dəq oxunur
İsa Həbibbəyli: “Nobel komitəsinin bizə borcu var”
“Nobel mükafatları komitəsində Azərbaycanın payı var. Hətta Nobelin maliyyə fondunun formalaşmasında 20-ci əsrin əvvəllərində Azərbaycanda çalışmış Nobel qardaşlarının əvəzsiz rolu olub”.

bakunews.az oxu.az-a istinaden  xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, onların qazandığı vəsait fondun maliyyə vəsaitinə böyük təsir edib:

“Nobel komitəsi məni eşidirsə, onlara öz fikrimi bildirmək istəyirəm. Nobel komitəsinin Azərbaycan borcu var. 30 il ərzində ölkəmizin keçdiyi müstəqillik yolu, yeni formatda Azərbaycan elminin inkişafı dünyanın müxtəlif ölkələrində fərqli nominasiyalar üzrə keçirilən mötəbər komissiyaların qalibi olmaq imkanını yaradır. Bu, bizim əziyyətimizdən asılıdır. Yaradılan şəraiti necə dəyərləndirib, elmi inkişaf etdirmək istiqamətində atacağımız addımlardan. Biz elmi dünya ölkələrinin təcrübəsi səviyyəsində qura bilsək, ölkəmizdən yeni Nobel və başqa mükafatçılar çıxacaq”.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az