• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Ermənistan Zəngəzuru da itirəcək!..” - Kapitulyant üçün kritik gözlənti

Siyasət

29-07-2022, 18:10

Məğlub ölkənin bağlanan axırıncı şansı və "kitabı"; politoloq: "Bölgədə gərginliyin bir səbəbi Ermənistanın tam qərbyönlü oriyentasiyaya keçidə hazırlaşması ilə bağlıdır..."
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qardaş ölkə üçün "qırmızı xətt" olması haqda bəyanatı Ermənistanda "soyuq duş" effekti yaradıb. Erməni qırğılar bir daha əmin olublar ki, "havayı pendir yalnız tələdə olur". Yəni Ermənistan Azərbaycanla münasibətləri Bakının 5 məlum prinsipi, daha doğrusu, beynəlxalq hüquq əsasında normallaşdırmayana qədər Türkiyə ilə əlaqələri qaydaya düşməyəcək. Təbii ki, sərhədlər də açılmayacaq.


Ərdoğanın bəyanatının bir açması və ya ismarış da odur ki, İrəvan sülh oyunlarına, "iki stul" siyasətinə davam eləməklə, "siçan-pişik" oyunları ilə öz məkrli hədəflərinə çatmayacaq, bununla yalnız erməni xalqının ağrı-acılarını, məşəqqətlərini artıracaq. Çünki blokadada olan Ermənistandır, Azərbaycan və Türkiyə yox!..

*****
Əfsus ki, mövcud reallığı erməni cəmiyyətinə izah eləmək əvəzinə, kapitulyant ölkədəki radikal-revanş qüvvələr, digər anti-Türk ünsürlər, bəzən elə hakimiyyət təmsilçiləri israrla bunun əksi yönündə təbliğat aparır, mazoxistlər kimi öz xalqının iztirablarının bitməsinə imkan vermirlər.

Məsələn, erməni politoloq Beniamin Matevosyan hesab edir ki, "Ankara ilə münasibətlərin tənzimlənməsi prosesi İrəvan üçün sonsuz güzəştlər yoludur ki, bu da axırda nəinki sərhədləri açmayacaq, hətta Ermənistanın son səhifəsini də bağlayacaq".

bakunews.az milli.az-a istinaden xəbər verir ki, bu barədə o, news-am-a müsahibəsində bildirib.

Onun iddiasına görə, "Türkiyə Prezidentinin məlum sözlərindən sonra Ankaranın İrəvanla münasibətlərdə ilkin şərtinin olmamasından danışmaq insan məntiqinə təhqirdir". Matevosyan bu kontekstdə deyib ki, Ermənistan-Türkiyə münasibətləri prosesi nə qədər dərinləşsə, Türkiyənin tələbləri də bir o qədər çoxalacaq.

O, Ərdoğanın Azərbaycanın Türkiyədən ötrü "qırmızı xətt" olduğunu, yalnız Azərbaycanın problemi həll olunanda Türkiyənin qapılarının Ermənistanın üzünə açılacağını söyləməsini xatırladaraq əlavə edib: "Azərbaycan isə Ermənistandan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı, qoşunları Qarabağdan çıxarmağı, Qarabağa yeni çağırışçılar göndərməkdən imtina etməyi, Laçın dəhlizi ilə eyni məntiqlə "Zəngəzur dəhlizi"nin yaradılmasını təmin eləməyi, Ermənistan ərazisindəki Azərbaycan anklavlarını qaytarmağı tələb edir. Ərdoğan deyir ki, bu tələblər yerinə yetiriləndə sərhədlər də açılacaq".

*****

Buradaca məntiqli sual ortaya çıxır: görəsən, sadalanan tələblərin (Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, qoşunları Qarabağdan çıxarması, Qarabağa bir daha yeni çağırışçılar göndərməməsi, Laçın dəhlizi ilə eyni məntiqlə "Zəngəzur dəhlizi"nin yaradılmasını təmin eləməsi, Ermənistan ərazisindəki Azərbaycan anklavlarını qaytarması) hansı birisi qanunsuzdur və "erməni dövlətçiliyi"nə təhdiddir?!

Əlbəttə ki, heç biri. "Miatsum" virusundan əziyyət çəkən Ermənistandan sadəcə, vaxtilə oğurladıqlarınə qaytarmaq və götürdüyü öhdəlikləri yerinə yetirmək tələb olunur, vəssalam. Heç kim də onun ərazisinə iddia eləmir, göz dikmir, hərçənd bu saxta, qondarma dövlət rusun əli ilə, tər-təmiz Türk torpaqlarında yaradılıb!
İndi güzəşti kim kimə edir? Matevosyan və onun kimi degeneratlar, gicbəsərlər nə çərənləyir belə? Kimin qulağından "əriştə" asmaq istəyirlər, İrəvanın hansı güzəştindən dəm vurular? Nə vaxtdan oğru oğurladığını məcburən qaytaranda bu onun güzəşti sayılıb? Əksinə, harama əl uzatdığıma görə, yad torpaqları işğal edib taladığına görə ona layiqli cəza düşür.

*****

Ermənistan adlı simvolik dövlətin sonuncu səhifəsinin, yəni "kitabı"nın bağlanması perspektivinə gəlincə, bax, bu, əlbəttə, haqlı əndişədir. Ermənistan özünü bölgədə quldur, terrorçu dövlət kimi deyil, normal dövlət kimi aparmayanadək onun varlığı həmişə sual altında olacaq. Bu aqibətdən qaçmaq üçün ilk addım isə təcili şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb oradan bütün qanunsuz hərbi birləşmələri, "Dağlıq Qarabağ konflikti", "Minsk Qrupu", "status" ifadələrini isə öz leksikonundan həmişəlik çıxarmaqdır.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: "...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da əmindir ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi bilavasitə İrəvanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır və bu vəziyyətə düzəliş edilməlidir.

"Yeni Müsavat"ın məlumatına görə, bu barədə o, Caliber.az-a açıqlamasında bildirib.

Politoloq Ermənistan tərəfinin hələ də Minsk Qrupu formatını danışıqlar prosesinə inadla, lakin əbəs yerə qoşmağa çalışdığına diqqət çəkərək deyib: "Bu, onun Qarabağdakı vəziyyətə təsir göstərməyə ümid etdiyi yeganə formatdır. Minsk Qrupunun bərpa şansı isə yoxdur və bunu İrəvanda da çox güman ki, başa düşürlər, baxmayaraq ki, hələ də "status" haqda boşboğazlıq edir, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı kimi mövqe nümayiş etdirməyə çalışırlar".

Eks-diplomat yaranmış durumda Qarabağda yeni hərbi eskalasiya ehtimalının yüksək olduğu qənaətindədir və hesab edir ki, bu, həm də Ermənistanın tamamilə qərbyönlü oriyentasiyaya keçməyə hazırlaşması ilə bağlıdır.

"Aydındır ki, Ermənistan rəhbərliyinin bu siyasətinə təsir imkanlarının azalması fonunda Rusiya regionda bütün ölkə üzərində olmasa da, heç olmasa, Zəngəzur üzərində nəzarəti saxlamağa çalışır. Hansı ərazi vasitəsi ilə ki, o, ilk növbədə Türkiyə, İran kimi mühüm iqtisadi tərəfdaşları ilə, onun hüdudlarından kənarda isə Fars körfəzi ölkələri və bəlkə də Hindistanla dəmiryolu əlaqəsini saxlamaq istəyir", - deyə politoloq vurğulayıb.

Ona görə də T.Zülfüqarovun qənaətincə, konkret halda Zəngəzur dəhlizi Rusiya üçün strateji əhəmiyyət kəsb edir və Moskva ona nəzarət üçün sonadək mübarizə aparacaq. "ABŞ da bunu başa düşür. O səbəbə Qərbdəki müəyyən qüvvələr, çox güman ki, İran, Rusiya və Türkiyə arasında bu yöndə əməkdaşlığa mane olmağa çalışacaq", - deyən azərbaycanlı diplomat əlavə edib ki, Qarabağda münaqişənin yeni mərhələsinin başlayacağı təqdirdə Ermənistan Zəngəzura nəzarəti tamamilə itirə bilər...

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

12-07-2022, 17:09

Ərdoğanın Paşinyana və Putinə zənginin gizli məqamları

Gündəm / Siyasət

21-10-2022, 15:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət

16-07-2022, 17:55

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Siyasət

26-07-2022, 02:26

Türkiyə Prezidenti: Ermənistanla normallaşma prosesində Azərbaycan "qırmızı xəttimiz"dir

Siyasət

9-08-2022, 19:03

Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Siyasət

13-08-2022, 18:25

İrəvanın “sehrli çubuğu” belə sındırıldı - Ter-Petrosyan 25 il öncə nə demişdi...

Siyasət

9-08-2022, 11:12

XİN Ceyhun Bayramovun 13-cü səfirlər konfransındakı çıxışı ilə bağlı məlumat yayıb

Dünya

20-08-2022, 12:55

Ermənistan tankçılarının “drift” eşqi: Yekəxanalıq edərkən rüsvay oldular

Siyasət

13-09-2022, 20:31

Türkiyənin Vitse-prezidenti Əli Əsədova zəng etdi

Dünya

18-08-2022, 10:19

Ərdoğan Ukraynaya səfərə yola düşür

Siyasət

4-08-2022, 13:24

Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"

Siyasət

12-08-2022, 11:40

Tehran Azərbaycana mane olmaq istəyir - İrandan KRİTİK QƏRAR

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Bu gün, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Bu gün, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Bu gün, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Bu gün, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • Bu gün, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • Bu gün, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • Bu gün, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
  • Bu gün, 18:10
    Rafiq Cəlilovun Cəlilabadı - Onun 5 illik idarəçiliyi rayona nə verib?
  • Bu gün, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Bu gün, 17:37
    Milyonluq "Dağ İncisi"nin kölgəsində qalan zəhmət: 5 fəhlənin 6290 manatlıq haqqı necə mənimsənilib?
  • Bu gün, 17:11
    Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb
  • Bu gün, 16:57
    Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifədən uzaqlaşdırılır
  • Bu gün, 16:38
    Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər
  • Bu gün, 16:12
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • Bu gün, 15:54
    Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...
  • Bu gün, 15:29
    Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölnlərin sayı 37 nəfərə çatıb
  • Bu gün, 15:11
    Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Bu gün, 14:59
    Paşinyanın Brüssel mesajları - fantaziya və reallaşmayacaq arzular
  • Bu gün, 14:47
    Cəlilabadda 6 kəndin işığı kəsilib
  • Bu gün, 13:10
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • Bu gün, 12:59
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • Bu gün, 12:52
    Naxçıvanda şəkər xəstələrinin CİBİNƏ BELƏ GİRİRLƏR... - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:37
    Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"
  • Bu gün, 12:25
    Qalmaqallı Qaralovanın kollecində QANLI OLAY - TƏFƏRRÜAT
  • Bu gün, 12:04
    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"
  • Bu gün, 11:52
    Bəylər Eyyubovun adı ilə alver edənlər: Binədə şok dələduzluq və hədə-qorxu şəbəkəsi!
  • Bu gün, 11:34
    Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
  • Bu gün, 11:17
    AQTA-nın ŞADLIQ EVLƏRİ BİZNESİ... - Zəhərlənən hələ çox olacaq...
  • Bu gün, 10:59
    ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
  • Bu gün, 10:45
    Kürdəmir xəstəxanasının əməkdaşı 125 min manatlıq mənimsəmədə ittiham edilir - TƏFƏRRÜAT
  • Bu gün, 10:24
    Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
  • Bu gün, 10:19
    Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu! (VİDEO)
  • Bu gün, 09:45
    UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
  • Bu gün, 09:35
    SEPAH: Hörmüz boğazında dörd tanker minaya düşüb
  • Bu gün, 08:59
    Buzovna dairəsinin ətrafındakı yol qovşağında hərəkət məhdudlaşdırılacaq
  • Dünən, 19:00
    Ukrayna Prezidenti: Əbu-Dabidəki danışıqlar ən yüksək səviyyədə üçtərəfli görüşə gətirib çıxara bilər
  • Dünən, 18:24
    Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
  • Dünən, 18:13
    Bakıda küçəni zəbt edən obyekt sahibi kimdir? - FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə