• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

XİN Ceyhun Bayramovun 13-cü səfirlər konfransındakı çıxışı ilə bağlı məlumat yayıb

Siyasət

9-08-2022, 11:12

Avqustun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bakunews.az-ya report-a istinadən bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə çıxışına başlayan nazir Ceyhun Bayramov, hal-hazırda ən yüksək mərhələdə olan Azərbaycan-Türkiyə münasibətlərinin nümunə təşkil etdiyini vurğulayıb. Münasibətlərin strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Azərbaycan xarici işlər nazirinin dünyanın 144 ölkəsində təmsil olunan diplomatik missiya rəhbərlərinin, Türkiyə səfirlərinin konfransında çıxışının əlaqələrin ən yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində qarşılıqlı maraqlarımıza xidmət edən birgə səylərimizin, ölkələrimizin müxtəlif beynəlxalq platformalarda bir-birinə göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov Azərbaycan ərazilərinin 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən işğalı zamanı həyata keçirilmiş vandallıqlar barədə məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan, bərpa və quruculuq işlərindən bəhs edib. Ermənistanın Üçtərəfli Bəyanatlara zidd fəaliyyətləri və bölgədə son təxribatlar barədə iştirakçılar məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov tərəfindən bununla yanaşı, ASALA və digər erməni terror təşkilatları tərəfindən şəhid edilən Türk diplomatlarının və ailə üzvlərinin əziz xatirəsi yad edilib və bölgəmizdə nifrət dolu ideologiyalara yer olmadığını bildirib.

Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etməsini, xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə qardaş ölkənin bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyinin Türkiyənin daim haqqın yanında olmasını xüsusilə qeyd edib. Qardaş Türkiyə ilə atdığımız qətiyyətli və məqsədyönlü addımların Cənubi Qafqaz və daha geniş bölgədə sülh, təhlükəsizlik, ədalət və rifahın daha da möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Müstəqil, güvənilən, balanslı və çoxşaxəli diplomatiya həyata keçirən Azərbaycanın ikitərəfli və çoxtələfli platformalarda həyata keçirdiyi işlər barədə səfirlərə müfəssəl məlumat verilib. 2019-cu ildən etibarən Qoşulmama Hərəkatında sədrliyimiz, Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq platformalarda fəal üzvlüyümüz çərçivəsində təşəbbüslərimizin beynəlxalq sülh və təhlükəsizliyə müsbət töhfə verdiyi bildirilib.

Beynəlxalq münasibətlər sistemində baş verən çağırışlar və transmilli təhdidlərdən, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsində yaşanan problemlərdən bəhs edən nazir, belə bir mühitdə əməkdaşlığın daha da gücləndirilməsinin, yeni beynəlxalq əməkdaşlıq mexanizmlərinin və platformaların tətbiq edilməsinin vacib olduğunu qeyd edib.

Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. Bütün maneələrə baxmayaraq, 1990-cı illərdən dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir, hal-hazırda energetika, nəqliyyat-logistika sahələrində reallaşan işlərin və gələcək planların ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.

Çıxışın sonunda qardaş ölkənin diplomatik təmsilçilərinə şərəfli və çətin fəaliyyətlərində uğurlar arzulanıb.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

5-08-2022, 19:28

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Siyasət

7-08-2022, 12:33

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Siyasət

16-07-2022, 20:16

Ceyhun Bayramovun Gürcüstana işgüzar səfəri başa çatıb

Siyasət

8-08-2022, 10:40

Ceyhun Bayramov Ankaraya yola düşüb

Siyasət

17-07-2022, 13:14

ABŞ dövlət katibi: "Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar”

Siyasət

10-08-2022, 11:35

Azərbaycan və Əlcəzair XİN başçılarının təkbətək danışıqları başa çatıb, geniştərkibli görüş başlayıb

Siyasət

8-08-2022, 20:50

Ceyhun Bayramov: "Azərbaycan və Türkiyənin nail olacağı çox hədəf var"

Siyasət

23-08-2022, 18:27

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

Siyasət

20-07-2022, 16:40

Ceyhun Bayramov və Çavuşoğlu regional vəziyyəti müzakirə etdilər

Siyasət

18-07-2022, 20:26

Ceyhun Bayramov Brüsselə gedir

Siyasət

16-07-2022, 20:12

Ceyhun Bayramovla Mirzoyan bu məsələləri MÜZAKİRƏ ETDİLƏR

Siyasət

20-07-2022, 19:28

Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışdı

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Dünən, 19:00
    Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
  • Dünən, 18:30
    Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
  • Dünən, 18:00
    Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma
  • Dünən, 17:30
    Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
  • Dünən, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:30
    Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
  • Dünən, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • Dünən, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • Dünən, 15:21
    Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
  • Dünən, 14:40
    Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
  • Dünən, 14:36
    "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
  • Dünən, 14:24
    Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
  • Dünən, 13:17
    "Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
  • Dünən, 13:09
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:15
    Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
  • Dünən, 12:02
    Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
  • Dünən, 11:32
    Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir
  • Dünən, 11:08
    Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
  • Dünən, 10:50
    Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
  • Dünən, 10:31
    Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
  • Dünən, 09:58
    Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
  • Dünən, 09:33
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • Dünən, 09:20
    Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
  • Dünən, 09:05
    Bakının Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • 19-10-2026, 20:59
    Zaqatalada təhsil nəzarətsiz qalıb? – Məktəbi məlum sexdə keçirilir...
  • 19-10-2026, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • 19-10-2026, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • 19-10-2026, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • 19-10-2026, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • 19-10-2026, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • 19-10-2026, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • 19-10-2026, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • 19-10-2026, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • 19-10-2026, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • 19-10-2026, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə