• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Tehran Azərbaycana mane olmaq istəyir - İrandan KRİTİK QƏRAR

Siyasət

12-08-2022, 11:40

Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərdən sonra keçən il sentyabrın 12-dən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İran maşınlarını yoxlamağa başlaması İranın yuxusunu növbəti dəfə qarışdıran məsələ kimi gündəmi zəbt etdi. Bundan qısa müddət sonra Xankəndiyə yük daşıyan iranlı sürücülər aşkar olunaraq həbs edildi ki, bu da özbaşına Azərbaycan ərazisindəki separatçılara yardım göndərən Tehranın narahatlığı ilə hiss edildi.

Qarşılıqlı ittihamlar fonunda pisləşən münasibətlər bir müddət sonra Tehranın təşəbbüsü ilə normallaşmağa başlasa da, bu proses heç də rəvan getmədi və bütün bu xoşagəlməz proseslərin ardınca İran idmançılarının Xankəndiyə qanunsuz səfər edərək orada cinayətkar rejimin keçirdiyi yarışda iştirak etməsi Bakıda növbəti haqlı suallara yol açdı.

Azərbaycanla sərhəddə, Zəngəzur ərazisində konsulluq açmaq qərarını da bu qəbildən olan addımlardan saymaq olar.


Təbii ki, İranın hansısa şəhərdə konsulluq açması onun müstəsna suveren hüququdur və rəsmi Bakı da bunu çox anlayışla qəbul edə bilər. Amma bir istisna var: Azərbaycan İrandan fərqli olaraq, heç vaxt bu ölkənin daxili işlərinə qarışmır, amma təəssüf ki, bir müddət əvvəl İran Azərbaycanın suveren xarici siyasətindən narahat olaraq müxtəlif açıqlamalar verirdi. Doğrudur, bu proses artıq arxada qalıb. İndi Azərbaycan-İran münasibətləri nisbətən normallaşma mərhələsindədir.

Buna misal olaraq Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan üçtərəfli qaz sazişi imzalamasını göstərə bilərik. Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən 3+3 platforması həm də İran üçün siyasi-iqtisadi üstünlüklər vəd edir. Ona görə də, İranın Qafanda səfirlik açması iki ölkənin münasibətlərinə xələl gətirməyəcəyini düşünə bilərik.

Amma əslində Qərbi Zəngəzurda təcili olaraq rəsmi Tehranın belə bir konsulluq açması hansı məqsədi güdür?

Qafan şəhəri Ermənistandan keçən Zəngəzur dəhlizinin əsas strateji nöqtələrdən biridir. Qafanda sovet dövründən qalan dəmir yolu vağzalı var. Bu şəhər Azərbaycanın Zəngilan rayonu ilə də sərhəddir. Eyni zamanda, İrana da yaxın şəhərdir. Qafan Qərbi Zəngəzur, yəni Ermənistanın Sünik vilayətinin mərkəzidir. Qafandan Gorusa və oradan da İrəvana yol gedir. Qafan-Gorus yolu isə Azərbaycan ərazisindən keçir. Bundan başqa, yaxın gələcəkdə Qafanı Zəngəzur dəhlizi ilə dəmir və avtomobil yolu xətlərinin birləşdirəcəyini nəzərə alsaq İranın belə bir addımın heç də təsadüfü və sıradan bir qərarı olduğunu düşünmək sadəlövlük olar.

İranın Qafan şəhərində konsulluq açmasının arxasında bir sıra ehtimalların olduğu diqqətdən yayınmır:

⚫️ Rəsmi Tehran Qafan şəhərində konsulluq açmasında əsas məqsədi Zəngəzur dəhlizi ilə bağlı proqramlarını və planlarını asanlıqla həyata keçirməkdir. Bunun üçün ona Sünik vilayətində nümayəndə lazımdır.

⚫️ İsrailin Ermənistanda ticarət varlığının güclənməsi də, İran rəhbərliyini narahat edir. İsrail Qərbi Zəngəzurda - Ermənistanın Sünik vilayətində ticarət obyektləri tikməyi planlaşdırır. İran Qafanda konsulluq açmaqla İsrailin bu regionda iqtisadi və ticarət fəaliyyətinə nəzarət etmək niyyətindədir. Digər bir məsələ İranın Qafandakı Baş konsulluğu vasitəsi ilə Azərbaycan ərazisindən keçən Qafan-Gorus yolunda öz ticarət maraqlarını yönləndirmək istəyidir. İran hökuməti bu yoldan istifadə edən tacirlərinin işini asanlaşdırmağa çalışacaq.

⚫️ İran işıq sürəti ilə Qafanda konsulluq açdı, özü də bunu düz Zəngilana bitişik bölgədə etdi. Halbuki İrana daha yaxın və sərhəd olan Mehri rayonu da var. Onlarla üzbəüzdə Zəngilanda İsrailin camış ferması fəaliyyət göstərəcəyini nəzərə alsaq, əslində İranın konsulluq məsələsində belə bir strateji yeri seçməsinin səbəbini anlamaq çətin deyil.

Burada məsələ təkcə Ermənistanı "qırmızı xətti" elan edən Tehranın İrəvana "qardaşlıq zəngi" yox, həm də son proseslər, xüsusilə dünən Rəisi və Paşinyan arasında telefon söhbəti və Rusiyanın Mehri-Əkərək yolunda yeni postlar qurması fonunda diqqət çəkir.


Bu məsələyə "ənənəvi" İran-Ermənistan dostluğu kontekstindən yanaşsaq, daha doğru olar. Çünki 30 il Azərbaycan torpaqları işğal altında olanda sərhəd toxunulmazlığını "qırmızı xətt" adlandırmayan İran indi bəyan edir ki, sərhədlərin dəyişdirilməsi onun üçün "qırmızı xəttdir". Öz aləmində İran Ermənistanın qeydinə qalır.

Konsulluq mövzusuna Moldovada yaşayan erməni politoloq Ernest Vardaneanın mövqeyi də olduqca maraqlı olub. Erməni politoloq bildirib ki, bu telefon danışığından dərhal sonra Qafanda baş konsulluğun fəaliyyətə başlaması simvolik xarakter daşıyır:


"Baş nazir Paşinyanla prezident Rəisi arasında telefon danışığından bir gün sonra İran Ermənistanın Sünik (Zəngəzur) bölgəsindəki Kapan (Qafan) şəhərinə baş konsulunu təyin etdi.

Bu təyinat hazırda diplomatik deyil, simvolik xarakter daşıyır. Ona görə yox ki, bu, əlaqələrin möhkəmlənməsinə töhfə vermir - əksinə, ona görə ki, hazırda və məhz Sünikdə (Zəngəzur) bütün regionun gələcəyi həll olunur.

İndi Tehran eyni vaxtda Moskvaya və Bakıya, onun vasitəsilə də Ankaraya cavab verir ki, Sünik (Zəngəzur) indi rəsmi olaraq İranın həyati maraqları sferasıdır".

İranın Ermənistan sevdasını istər 30 illik işğal dövründə, istərsə də postkonflikt dövründə çox aydın şəkildə hiss etdik. Xüsusən də son proseslər fars diplomaiyasının Ermənistan sevgisini qənşərə çıxarmağa başlayıb. İranın Ermənistandakı keçmiş səfiri Kazem Səccadinin bu ölkə ilə bağlı "Gözəl Ermənistan. Bizim çox yaxşı qonşumuz yoxdur, amma Ermənistan bizim yaxşı qonşularımızdan biridir", - fikirləri bir daha düşünməyə əsas verir ki, Tehran üçün İrəvan regionda xüsusi yerə sahibdir.


İranlı diplomatın bu yaxınlarda Türkiyə və Azərbaycan əleyhinə sərsəm bəyanatından da bir daha anlamaq olur ki, rəsmi Tehranda Ermənistana qarşı "dostumun düşməni mənim düşmənimdir" deyimi olduqca aktualdır.

Keçmiş səfir Kazem Səccadi Türkiyə və Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirməsi deyilənlərin növbəti təsdiqidir. Ermənidən çox erməni olmağa çalışan keçmiş diplomat Tvitterdə yalan məlumat paylaşaraq iddia edib ki, guya Türkiyə Yaxın Şərqdəki terrorçuları Azərbaycanın İranla sərhəd ərazilərinə yerləşdirir. Bu cür dezinformasiya ilə münasibətlərin normallaşadırılması istiqamətində olduqca əhəmiyyətli addımlar atan rəsmi Ankara və Bakının cəhdlərini korlamağı hədəfləyən diplomat, bununla da regionda uzunmüddətli sülhə mane olmaq üçün əlindən gələni əsirgəməməsi ilə diqqət çəkir.


Amma rəsmi İrəvan yaxşı anlayır ki, regionda bundan sonrakı mövcudluğu indi Tehrandan daha çox məhz Ankara və Bakıdan asılıdır. Belə olan halda isə Ermənistanın kənar müdaxilələrlə sülhdən, bəyanatlarla üzərinə götürdüyü öhdəliklərdən yayınma cəhdinin nə ilə nəticələnəcəyini Azərbaycan Ordusu son Buzdux yüksəkliklərində nəzarəti ələ keçirməklə göstərdi. Bundan sonra hadisələrin necə cərəyan edəcəyi isə yenə də Ermənistan tərəfinin at(may)acağı addıma bağlıdır.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

16-08-2022, 19:31

Tehranın Azərbaycana qarşı növbəti təxribatı - Politoloq

Siyasət

4-08-2022, 12:28

İran səfirliyindən açıqlama: SEPAH Azərbaycanla sərhəddə təlim keçirir?

Siyasət

13-08-2022, 13:50

İran Azərbaycana qarşı çox təhlükəli OYUN OYNAYIR

Siyasət

14-03-2023, 12:55

İsrailli sabiq nazir İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini təhlil edib

Siyasət

27-08-2022, 17:26

İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Dünya

25-08-2022, 17:37

Ləyaqət və dürüstlük İranın siyasətinə ziddir - ŞƏRH

Cəmiyyət

25-08-2022, 19:40

İrandan Azərbaycana xainlik, Ermənistana dostluq - “İslam qardaşlığı” budur? - ŞƏRH

Dünya

29-08-2022, 21:18

Mossad rəhbəri JCPOA üzrə danışıqlar aparmaq üçün ABŞ-a gedir – Son cəhd

Siyasət

29-06-2022, 20:56

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb

Siyasət

1-09-2022, 13:50

İran Azərbaycanı heç vaxt sevə bilməz, çünki... - Fars mətbuatının son 5 gündə YAZDIQLARI

Cəmiyyət

27-08-2022, 13:56

İranın Azərbaycanı qarşı xəbis niyyəti

Dünya

20-07-2022, 16:45

Xameneinin Ermənistana qardaşlığı, Ukraynanın işğalına “fətva”sı - ŞƏRH

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
6-10-2026, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
Xəbər lenti
  • Bu gün, 17:52
    Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək
  • Bu gün, 17:00
    Allahşükür Paşazadə niyə SUSUR?
  • Bu gün, 16:00
    Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var
  • Bu gün, 15:42
    Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
  • Bu gün, 15:00
    Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
  • Bu gün, 14:00
    FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
  • Bu gün, 13:30
    NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
  • Bu gün, 13:00
    Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
  • Bu gün, 12:00
    Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
  • Bu gün, 11:00
    "Türk dünyası dialoqları"nın beşinci müzakirəsi Şimali Kiprdə keçiriləcək
  • Bu gün, 10:30
    Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
  • Bu gün, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • Dünən, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • Dünən, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • Dünən, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • Dünən, 17:30
    Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
  • Dünən, 17:11
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • Dünən, 17:02
    “Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
  • Dünən, 16:44
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • Dünən, 14:32
    Şahbaz Şərif İlham Əliyevə zəng edib
  • Dünən, 14:21
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • Dünən, 13:25
    Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”
  • Dünən, 13:17
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • Dünən, 13:03
    Bir işçi üç işçinin yerinə İŞLƏDİLİR - NARAZILIQ VAR...
  • Dünən, 12:36
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • Dünən, 12:24
    Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
  • Dünən, 12:04
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • Dünən, 11:16
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • Dünən, 10:56
    “Tükəzban İsmayılova sağ olanda Gülbahar qorxusundan İlhaməyə yaxın gəlmirdi; - o, kimdir ki, mənə qadağa qoysun?”
  • Dünən, 10:28
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • Dünən, 10:16
    Elnur Əliyev ARTİ ilə vidalaşır? - İDDİA
  • Dünən, 09:40
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
  • 9-10-2026, 19:00
    Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
  • 9-10-2026, 18:30
    Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
  • 9-10-2026, 18:00
    Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə