• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanın daha bir beynəlxalq uğuru – davam edən COP29 - ŞƏRH

Siyasət

13-11-2024, 15:54

Azərbaycan COP29-a uğurla ev sahibliyi edir. Bunu ölkəyə gələn dövlət və hökumət başçıları çıxışlarında da təsdiqləyirlər.
BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycana hörmətin, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir. Ona dost olanlar və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə razılıq veriblər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi də Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.
Yerləşdiyi coğrafi mövqe ölkənin müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri yaratması da mühüm göstərici sayılır.
Daha öncə torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması Azərbaycanın bu kimi potensial imkanlarından istifadə edilməsini əngəlləyirdi. Düzdür, həmin dövrdə də Azərbaycan bir sıra mühüm enerji və nəqliyyat layihələrinin reallaşmasında mühüm rol oynayıb, onun müəlliflərindən olub. Ancaq torpaqlarının işğalçılardan təmizlənməsi nəhəng enerji və nəqliyyat layihələrinin, Avrasiyanın enerji və daşımalar yollarının dəyişməsi, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatları yaratmasına səbəb olub.
Xəzərin Azərbaycana aid hissəsindən keçən Orta dəhliz, “Şimal Cənub” nəqliyyat dəhlizi və s. buna nümunədir.
Azərbaycan bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. O, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Belə uğurlu fəaliyyətinə görə üzv ölkələrinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.


Prezident İlham Əliyev ötən il iyulun 5-də Bakıda Hərəkatın Əlaqələndirmə Bürosunun naziləri ilə görüşdə bildirmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruyub : “Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu”.
Prezident vurğulayıb ki, Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib və Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon dollar ayırıb.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir. Təşkilata sədrliyi dövründə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfə verməsi bunu təsdiqləyir.

Azərbaycan ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli, planlı və elmi istifadə məqsədilə bir sıra layihələr reallaşdırmağa başlayıb. 2030-cu ilə qədər təxminən altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Bununla bağlı 10 giqavatlıq bərpa olunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Bunlar Birləşmiş Ərəb Əmirliklərnin "Masdar" şirkəti, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti və Birləşmiş Krallığın bp şirkəti ilə həyata keçirilən layihələrdir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətində aparıcı rola malikdir. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcuddur. Ötən illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard dollar məbləğində investisiya yatırılıb. Karbohidrogen sektorunda uğurlu əlaqələrin hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində əməkdaşlıq davam edir.
İşğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası da diqqətçəkici layihələrdəndir.

Azərbaycanın Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığa töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlıq da təqdirəlayiq sayılır.
Azərbaycan Avropaya "yaşıl enerji"ni ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsində də fəal iştirakçıdır.
Avropaya ilkin mərhələdə dörd QVt “yaşıl enerji” tədarük edəcək “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan bir QVt bərpa olunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri də vacib layihədir. Yaxın vaxtlarda “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacaq.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonaları elan edilib.

Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb.
Mütəxəssislərin araşdırmalarına görə, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir.
Mütəxəssislərin fikrincə, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3–4 min meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırıl­ması yolu ilə potensialın daha dəqiq hesablanması da nəzərdə tutulur.

Qarabağda külək enerjisinin isteh­salı da planlaşdırılır. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənis­tanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilik­də, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300–500 meqavat həddində qiymətləndirilir.
Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” marafonuna qoşulub. Prezident İlham Əliyev tərəfindən Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Bu kimi informasiyalar Azərbaycanın “yaşıl enerji”, nəqliyyat, enerji təhlükəsizliyi və başqa sahələrdə gördüyü işlər, oynadığı fəal rola dair çox qısa məlumatlardır.
Cənubi Qafqazda bu göstəricilər yalnız Azərbaycana məxsusdur. Ətraf mühitin qorunması və Qərblə Şərq arasında əlaqələrin qurulması istiqamətində oynadığı rola rəğmən bəziləri COP29-un Bakıda keçirilməsinə qarşı çıxır, onu ləkələməyə çalışırlar.
Bu istiqamətdə ən çox fəallıq edənlər Ermənistan, Fransa rəsmiləri başda olmaqla Avropa İttifaqının bir sıra üzvləri, İran mətbuatdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan COP29-a dəvət edilsə də, bu ölkənin rəsmi nümayəndəsi hələ də Bakıya gəlməyib. Məlumatlara görə, Ermənistan iştirakla bağlı qeydiyyatdan keçib. Bu, rəsmi İrəvanın etibarsız olmasının göstəricisidir. Ermənistan hakimiyyətinin nümayəndələri konfransa qatılmalarının Azərbaycanla danışıqlardan asılı olduğunu iddia edirlər. Çox gülünc yanaşmadır. Əslində, Ermənistan regionda ətraf mühiti, çayları, havanı çirkləndirən əsas ölkədir. Bundan başqa, Metsamor AES isə hələ Cənubi Qafqazın ekoloji vəziyyətini təhdid etməkdədir.

ABŞ və Avropa İttifaqında bəzi siyasilər, senatorlar, erməni lobbisi, Fransa hakimiyyəti Qarabağda fəaliyyət göstərmiş separatçı və terrorçuları “siyasi məhbus” adlandıraraq Azərbaycana sanksiyaların tətbiq edilməsi çağırışları ilə çıxış ediblər. Həmin qüvvələr bununla BMT-nin layihəsini boykot etməyə səy göstərib.
Fransa və başqaları Azərbaycanı hədəfə almaqla görünən qədər qərəz və riya nümayiş etdirir.
Azərbaycanı tənqid edən Qərb mərkəzləri və onların yançılarının diqqətinə; Avropa Komissiyasının təklifi ilə Azərbaycan və bu qurum enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Azərbaycan təbii qazına çıxışı olan on ölkədən səkkizi Avropadadır və ittifaqın üzvüdür. Avropa Komissiyası Azərbaycandan 2027-ci ilədək “mavi yanacaq” iki dəfə artırmasını istəyib.
Azərbaycanla Qərb, o cümlədən Avropa ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, bu əlaqələrə, təəssüf ki, ziyan vurmaq istəyənlər də var.
Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında onlara belə cavab verib: “Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-10-2024, 17:48

COP29-un uğurla keçəcəyinə ümidvaram - PREZİDENT

Cəmiyyət

21-12-2023, 18:29

Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək.

Cəmiyyət

12-11-2024, 09:57

COP29-da dini liderlər də iştirak edir

Gündəm / Siyasət

11-11-2024, 08:35

Bu gün Azərbaycanda COP29-a start verilir

Cəmiyyət

4-11-2024, 11:19

“Azərbaycan COP29 ərəfəsində çoxqütblü dünyada orta gücə çevrilməyə hazırdır”

Cəmiyyət

19-06-2024, 11:08

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

Gündəm / Dünya

19-10-2024, 11:46

Putin COP29-da iştirak etməyəcək?

Siyasət

23-05-2024, 16:22

İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

Gündəm / Dünya

31-07-2024, 20:09

“Toylara qadağa ilə bağlı qurumlar hər hansı göstəriş verməyib”

Cəmiyyət

31-07-2024, 20:12

“Toylara qadağa ilə bağlı qurumlar hər hansı göstəriş verməyib”

Cəmiyyət

7-11-2024, 16:42

Dünya azərbaycanlılarının COP29-la bağlı bəyanatı

Dünya

3-06-2024, 12:23

Ukrayna səfiri: Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də etibarlı, mehriban dostumuzdur

Araşdırma
Məhəmmədlidə qanunsuz tikintilərin arxasında kim dayanır? “Memar Kənan müəllimin icazəsi var”
70-C ilə işdən çıxarılan həkim yenidən necə fəaliyyətə qayıdıb? – Vuqar Səfərovla bağlı araşdırma
AAYDA rəhbərliyində himayə iddiaları: yol layihəsini dəyişdirən villa yeni problemlərin mərkəzində
Regional qəbulda “bölgü əməliyyatı”
ETN-in Daxili Nəzarət şöbəsi yoxlamaya başladı Sumqayıt 23 nömrəli məktəbdə iddialar böyüyür
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
Hadisə
Dünən, 10:57
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
27-04-2026, 11:08
Bakıda maşın piyada qadını vurdu
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
24-04-2026, 09:30
Ağcabədidə ev yanıb, bir nəfər ölüb
20-04-2026, 13:33
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb
Xəbər lenti
  • Bu gün, 10:30
    Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
  • Bu gün, 10:22
    “Summer Tour Azərbaycan” AZAL-ın adından müştərilərə yalan danışır? – Əlavə ödəniş tələb olunur
  • Bu gün, 10:00
    Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
  • Bu gün, 09:54
    Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….
  • Bu gün, 09:48
    Xaçmazda aliment qərarı kağız üzərində qalıb? – İcra və Probasiya xidməti hara baxır?
  • Bu gün, 09:26
    BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr
  • Bu gün, 09:10
    Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • Bu gün, 08:54
    XTQ-nin yaradılmasından 27 il ötür
  • Dünən, 18:30
    Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
  • Dünən, 18:13
    Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
  • Dünən, 17:25
    Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO
  • Dünən, 16:31
    Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı
  • Dünən, 16:22
    30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
  • Dünən, 15:57
    "Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər
  • Dünən, 15:48
    "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
  • Dünən, 15:22
    Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ
  • Dünən, 15:15
    Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..
  • Dünən, 14:46
    Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib
  • Dünən, 14:37
    Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma
  • Dünən, 13:39
    Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”
  • Dünən, 13:34
    Zəngi liseyində mediasiya ilə bağlı maarifləndirici seminar keçirildi
  • Dünən, 13:05
    Aprelin son günündə 22 dərəcə isti gözlənilir
  • Dünən, 12:55
     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
  • Dünən, 12:34
    İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var
  • Dünən, 12:18
    “Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır
  • Dünən, 12:02
    Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib
  • Dünən, 11:54
    Moskvada “Qələbə paradı” keçiriləcək
  • Dünən, 11:34
    Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
  • Dünən, 11:22
    Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO
  • Dünən, 10:57
    7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
  • Dünən, 10:49
    Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər
  • Dünən, 10:16
    Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK
  • Dünən, 10:07
    Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…
  • Dünən, 09:47
    Bakının bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 09:37
    “AzerGold” “Yol Tikinti Servis”ə ödəniş etsədə işçilərin maaşı verilmir….
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə