Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb

20.05.2025 14:16 296 1 dəq oxunur
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib. 

"Report"un Budapeştə ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb


Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az