• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH

Siyasət

2-09-2025, 15:19

2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda davamlı sülhə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Görüş zamanı imzalanan bəyannamə isə regionda yeni geosiyasi reallıqları üzə çıxardı. Təbii ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəməyən qüvvələr, erməni diasporu, erməni kilsəsi və erməni müxalifəti, xüsusən də Moskvadan idarə olunan Serj Sarqsyan, "Daşnaksütyun" kimi qüvvələr yenidən hərəkətə keçdi.

Ard-arda səslənən bəyanatlar, verilən sərsəm açıqlamalar bir daha sübut etdi ki, Ermənistanda və ondan kənarda sülh prosesinin əleyhinə çıxan qüvvələr bu dəfə Qarabağ erməniləri kartından istifadə etmək niyyətini güdürlər. Səsləndirilən bəyanat və fikirlərin analizi isə sübut edir ki, bu qüvvələrin əsas məqsədi sülh gündəliyini pozmaq, iki ölkə arasında münasibətlərin normallaşmasına əngəl olmaq, regionun inkişafının qarşısını almaqdır. Bu işdə ən böyük canfəşanlığı separatçı rejimin İrəvana sığınan tör-töküntüləri, antiterror tədbirlərindən sonra özünü buraxdığını elan etmiş, lakin yenidən zühur etməyə çalışan "parlament" və "hökumət" üzvləri edirlər.

Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH

Maraqlıdır ki, Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Ermənistanın baş nazir Nikol Paşinyan dəfələrlə bildirib ki, dünyada bir Ermənistan dövləti var və onlar ikinci erməni "dövləti"nin yaradılmasını istəmirlər. Paşinyan həmçinin ermənilərin Qarabağa qaytarılması ilə bağlı səslənən tələblərin sülh prosesi üçün təhlükəli olduğunu bəyan edib və Azərbaycanın bu bölgəsini könüllü şəkildə tərk etmiş erməniləri Ermənistan vətəndaşlığı almaq üçün müraciət etməyə səsləyib.

Əslində Paşinyan gözəl dərk edir ki, Qarabağ ermənilərinin qayıdış prosesi bir sıra xarici dövlətlərin, xüsusən də Kremlin əlində təzyiq alətinə çevrilə bilər. Vaşinqton görüşündən sonra Azərbaycanla sülh prosesini daha da irəli aparmağı hədəfləyən, 2026-cı il seçkilərinə sülh platforması ilə qoşulmağı planlaşdıran, Azərbaycanın liderlik etdiyi layihələrə qoşularaq, ölkəsini həm özünütəcrid vəziyyətindən çıxarmağı, həm də iqtisadi inkişafa aparmağı hədəfləyən Baş nazir üçün Qarabağ erməniləri məsələsi süni yaradılmış bir əngəldir.

Maraqlıdır ki, Vaşinqton Bəyannaməsindən sonra Qarabağ erməniləri yenidən aktivləşdirilib və bir sıra şəxslər, siyasi qurumlar, partiyalar, siyasətçilər onlara "dəstək verir". Əslində ortada heç bir dəstəkdən söhbət belə gedə bilməz. Sadəcə Qarabağ separatçıları əvvəl olduğu kimi, indi də bəzi qüvvələrin əlində məqsədə çatmaq üçün istifadə alətidir. Əsas məqsəd isə Paşinyan hakimiyyətinə qarşı planlar icra etmək, sülh prosesini ləngitməkdir. Məsələn, Böyük Kilikiya Evinin katolikosu I Aram qeyd edib ki, Ermənistan diasporun və ölkənin maraqlarını önə çıxarmalıdır. Dini lider bildirib ki, "Artsax" keçmiş deyil və biz Qarabağ ermənilərinin qayıtmaq hüququnun bərpasını tələb etməliyik.


Dəfələrlə Azərbaycan tərəfi bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunları ilə yaşamaq istəyən ermənilər Bakıya müraciət edə bilərlər. Amma nədənsə hər dəfə bu bəyanatlar gözardı edilir və Qarabağ ermənilərinin qayıtması ilə bağlı sərsəm fikirlər səsləndirilir. 1 sentyabr tarixində ATƏT Minsk qrupunun ləğv edilməsi isə separatçıların və onların havadarlarının kürkünə birə salıb. Çünki bu fəaliyyətsiz qurumun rəsmi ləğvi artıq münaqişənin tarixin bir küncünə atılması deməkdir. Bu səbəbdən də erməni müxalifətinin, xüsusən də Serj Sarqsyan cəbhəsinin, Samvel Şahramanyan və əlaltılarının aktivləşməsinə bu prizmadan baxmaq lazımdır.

Məsələn, "Daşnaksütyun" açıqlama verərək, İrəvanda artıq ləğv edilmiş qondarma qurumun müstəqilliyini elan etməsinin ildönümü ilə bağlı mitinq keçirəcəyini bəyan edib. Təşkilatçılar bildiriblər ki, Azadlıq Meydanında keçiriləcək mitinq əsasən münaqişənin nizamlanmamasına həsr ediləcək. Elə bu açıqlama "Daşnaksütyun"un nə qədər dünyagörüşlü, beynəlxalq hüquq və qanunlardan xəbərdar olduğunu göstərir. Bütün beynəlxalq qurumlar, dövlətlər dəfələrlə rəsmi açıqlama verərək, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul ediblər. Hətta rəsmi İrəvan da dəfələrlə bu səpkidə bəyanat verib, rəsmi mövqeyini ortaya qoyub. Amma deyəsən "Daşnaksütyun"da beynəlxalq hüquq və müqavilələrin, dövlətin rəsmi açıqlamasının nə anlama gəldiyini bilən yoxdur. Kor tutduğunu buraxmayan kimi, Qarabağ, Qarabağ deyib meydanlarda gəzmək nə bir divident gətirəcək, nə də hansısa üstünlük təmin edəcək. Məqsəd aydındır, suyu bulandırmaq.


Təsadüfi deyil ki, 2 sentyabr tarixində İrəvandakı Yerablur panteonunda keçmiş qondarma rejimlə bağlı memorialın açılışı baş tutub. Bu tədbirdə Samvel Şahramanyan, "Hayrenik" partiyasının lideri, keçmiş MTX rəhbəri Artur Vanetsyan iştirak edib. Hökumətin belə bir addım atmasının, bu memorialın açılışının səhv olduğu bildirilsə də, separatçılar fikirlərindən vaz keçməyiblər və məhz bu gün memorialın açılışını ediblər. Maraqlıdır ki, tədbirdə iştirak edənlərin sayı az olub. Bu isə göstərir ki, artıq həm Ermənistan, həm də Qarabağ erməniləri məsələyə laqeyd yanaşırlar və kiminsə əlində alət olmaqdan beziblər. Uzun müddət üzə çıxmayan Şahramanyan və Vanetsyanın yenidən aktivləşməsi isə bir mətləbdən xəbər verir. Hər iki şəxs müəyyən siyasi dairələrdən yenidən aktivləşməklə bağlı göstəriş alıblar. Bir müddətdir Rusiyanın humanitar missiyasının Qarabağ ermənilərinə dəstək aksiyası keçirməsini də nəzərə alsaq, bu küləyin məhz şimaldan əsdiyini deyə bilərik. Görünən odur ki, Rusiyanın müəyyən siyasi qüvvələri Qarabağ münaqişəsinin artıq arxivə atıldığı fikrini heç cür həzm edə bilmir. Bu səbəbdən də humanitar yardım adı altında bir müddətdir Qarabağ ermənilərini təşkilatlandıran şəxslər artıq müəyyən aksiyalara start verilməsinə də göstəriş veriblər.

Paralel olaraq, qeyd etmək yerinə düşər ki, "Ay data" komitəsi də 2 sentyabr tarixi ilə bağlı bəyanat verərək, ATƏT-in Minsk qrupunun ləğvini qınayıb. Bu barədə "ANCA"nın icraçı direktoru Aram Ambaryan bəyanat yayıb. Göründüyü kimi, Ermənistanın özü də daxil olmaqla, bütün dünya Minsk qrupunun ləğvini alqışladığı halda, yalnız revanşist qüvvələr bu qərardan narazı qalıb.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, İrəvanda bu gün "Daşnaksütyun"un Ali Orqanının təşəbbüsü ilə separatçılar beynəlxalq konfrans keçirir. Tədbirə Kipr, Fransa, Almaniya, Rusiya və İran siyasiləri və ekspertlərinin də qatıldığı deyilir. Elə iştirakçılarla bağlı siyahıya baxdıqda məqsəd və sifarişçilərin kim olduğu anında üzə çıxır.

Paralel olaraq, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın da 2 sentyabr tarixi ilə bağlı bəyanat səsləndirməsi, Qarabağ erməniləri ilə bağlı sərsəm fikirlər ortaya atması, II Qareginin və ikinci prezident Robert Köçəryanın da bənzər bəyanatlarla çıxış etməsi İrəvanda hansı proseslərin cərəyan etdiyindən xəbər verir. Boğulan saman çöpündən yapışan kimi, hakimiyyətə can atan, separatizm və revanşizmi əsas siyasi alət seçən qüvvələr sülhə qarşı çıxırlar. Amma hadisələrin gedişatı və baş verənlər deməyə əsas verir ki, bu yaxınlarda Nikol Paşinyan separatçı rejimin tör-töküntüləri ilə konkret haqq-hesab çürüdəcək. Samvel Şahramanyan və dəstəsinin əməlləri ifşa ediləcək və onlar artıq hakim qarşısında cavab verərək, layiqli cəzalarını alacaqlar.

Azərbaycan tərəfi isə təbii ki, baş verənləri izləyir və lazımi cavab tədbirlərini görür. Təsadüfi deyil ki, məhz sentyabrın 2-də Xankəndidə uzun müddət keçmiş separatçı rejimin əsas simvolu və atributu kimi təqdim edilən "Xarici İşlər Nazirliyi"nin binasının söküntüsünə başlanılıb. Bu isə həm İrəvana, həm separatçılara, həm də onların havadarlarına Bakının sərt mesajı kimi qəbul edilməlidir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

2-09-2025, 15:18

Separatçıların Ermənistanda zühuru: Özünü buraxmış qondarma rejimi kim aktivləşdirir? - ŞƏRH

Cəmiyyət

9-08-2025, 16:06

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Dünya

29-04-2025, 14:43

Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq

Dünya

8-05-2024, 10:32

Paşinyandan yeni addım - Qriqoryan kilsəsinin müstəsnalığını əllərindən alır

Dünya

18-08-2025, 19:10

Ermənistanın Baş naziri: Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi

Cəmiyyət

13-03-2025, 18:58

“Sülh sazişi imzalanmağa hazırdır” - Ermənistan XİN

Dünya

11-08-2025, 18:54

Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm

Gündəm / Siyasət

10-07-2024, 09:29

Bu gün Vaşinqtonda üçtərəfli görüş keçiriləcək

Gündəm / Cəmiyyət

9-08-2025, 17:11

İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq

Gündəm / Siyasət

10-07-2025, 13:29

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH

Gündəm / Cəmiyyət

1-04-2025, 18:50

Paşinyan: Ermənistan sülh gündəliyinə sadiqdir

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Xəbər lenti
  • Bu gün, 12:15
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Bu gün, 11:41
    Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • Bu gün, 11:16
    Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
  • Bu gün, 11:06
    Sumqayıtda məşhur restoran cərimələndi – qanunsuz qoşulma faktı aşkarlandı
  • Bu gün, 10:23
    Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
  • Bu gün, 09:40
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Bu gün, 09:15
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Bu gün, 08:57
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • Bu gün, 01:42
    26 İyun yürüşləri ilə əlaqədar sürücülərə xəbərdarlıq – Bakıda bəzi küçələrdə sıxlıq gözlənilir
  • Dünən, 19:00
    Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
  • Dünən, 18:30
    Rusiya Rumıniyanın bu şəhərdəki baş konsulluğunu bağlayır
  • Dünən, 18:03
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:55
     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
  • Dünən, 17:36
    XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
  • Dünən, 17:28
    İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var - DETALLAR
  • Dünən, 17:03
    Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:44
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • Dünən, 16:33
    BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
  • Dünən, 16:18
    İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
  • Dünən, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • Dünən, 12:57
    Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
  • Dünən, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Dünən, 12:38
    “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
  • Dünən, 12:12
    SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
  • Dünən, 12:01
    İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
  • Dünən, 11:37
    İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
  • Dünən, 11:25
    FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
  • Dünən, 11:00
    Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
  • Dünən, 10:47
    "Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına inanmayın!
  • Dünən, 10:17
    Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
  • Dünən, 10:01
    Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
  • Dünən, 09:34
    Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • Dünən, 09:22
    “Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
  • Dünən, 08:58
    Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
  • 24-06-2026, 19:00
    Krasnodarda helikopter qəzaya uğrayıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə