• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Laçın həftəsi - 30 illik erməni işğalı sonlanır, böyük və yeni dövr başlayır

Siyasət

23-08-2022, 14:38

Yayılan məlumatlar və gedən proseslər onu göstərir ki, Laçın dəhlizi, dəhliz boyunca yerləşən Zabux və Sus kəndləri, Laçın şəhəri və bir sıra strateji yüksəkliklər yaxın günlərdə Azərbaycanın tam nəzarətinə keçəcək.

Artıq Azərbaycan ordusunun təmsilçiləri adları çəkilən kəndlərdə və Laçının rayon mərkəzində olmuş, Rusiya sülhməramlıları və Qarabağda yaşayan erməni icmasının rəhbərləri ilə bərabər inventarlaşdırma aparıblar. Burada məqsəd yuxarıda adları çəkilən yaşayış məntəqələrinin, meşə örtüyü və ərazilərin yandırılmadan, dağıdılıb, qəsb olunmadan Azərbaycana təhvil verilməsidir. Laçın və dəhlizboyu kəndlərdə Suriyadan, Liviya və Rusiyadan gətirilmiş ermənilər 1994-cü ildən bəri məskunlaşdırılıb və indi onlar oradan çıxarılır. Azərbaycan tərəfi bundan əvvəlki Kəlbəcər nümunəsindən dərs çıxardaraq, bu dəfə tədbirli davranıb. Erməni icmasının avtoritetləri hansısa yolla prosesə cəlb olunub, Rusiya sülhməramlıları isə artıq xeyli müddətdir, Azərbaycanın dediklərini həvəslə icra etməkdədirlər. İndi sülhməramlı rus zabitləri azərbaycanlı jurnalist Eynulla Fətullayevin Laçın şəhərinə və Zabuxa komifilə olunmuş səfərini təşkil edir, onu qoruyur, eyni zamanda, Azərbaycan FHN-in yanğınsöndürən maşınlarını Laçın şəhərinə və Zabux kəndinə müşayiət edir, onları erməni aqressiyasından mühafizə edirlər.

Zabux və Sus kəndlərində, eləcə də Laçının mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tərk ediblər. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində cəmi bir neçə ailə qalıb, qalanları Ermənistanın müxtəlif rayonlarına gedib. "Yeni Müsavat" xəbər verir ki, bu barədə Haqqın.az məlumat yayıb. "Kavkazskiy uzel" nəşri xəbər verir ki, "Laçın administrasiyası" adlanan qurum ermənilərə avqustun 20-dək yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Əmlakını vaxtında daşımağa vaxt tapmayan ailələrə əlavə 5 gün, yəni avqustun 25-dək vaxt verilib. Həmçinin bildirilir ki, erməni sakinlərinin tərk etməli olduqları bütün yaşayış məntəqələrinin artıq elektrik enerjisi və rabitə xətti kəsilib. 44 günlük müharibədən sonra Sus kəndində dörd və ya beş ailə qalıb, onlar da artıq kəndi tərk ediblər, əhalinin 90 faizi Laçını və Zabux kəndini tərk edib. Laçından üç, Zabuxdan isə beş ailə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qalmağa qərar veriblər - onların Xankəndidə yerləşdiriləcəklərinə söz verilib. Özünü "Laçın administrasiyası"nın rəhbəri kimi təqdim edən Muşeq Alaverdyan avqustun 25-dək şəhərin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib. Onun "həmkarı" özünü "Zabux kənd administrasiyasının" başçısı adlandıran Andranik Çauşyan isə bildirib ki, artıq ailəsini köçürdüyü Xankəndində müvəqqəti məskunlaşmaq niyyətindədir: "Hazırda Zabuxda cəmi 30 nəfər qalıb, hamı əşyaların daşınması ilə məşğuldur".

Laçındakı mağazalardan birinin sahibi Aida Balikyan etiraf edib ki, işğal illərində burada məskunlaşıb: "Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır".

Yeri gəlmişkən, İtaliyanın tag43.it portalı yazır ki, Qarabağda Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar son toqquşmalardan sonra xüsusilə artıb. "44 günlük müharibədən sonra ermənilər bu yerlərə qayıtdılar, çünki ruslar onların təhlükəsizliyinə zəmanət verdi. Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirməlidirlər. Hər şey belə davam edərsə, o zaman bu əraziyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini tələb edəcəyik" - deyə Xankəndi sakini bildirib. Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən, Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilər vandal davranışlarından hələ də əl çəkmirlər. Zabuxdan köçən daha bir erməni evini yandırıb. Bu barədə telegram kanallarında video yayılıb. Videodan da göründüyü kimi, yaşlı erməni əlindəki bir şüşə benzini evə boşaldır. Qeyd edək ki, Laçının Zabux kəndi "Laçın dəhlizi"ndə Azərbaycan-Ermənistan sərhədində, Zabux çayı sahilində yerləşir və burada hələ də ermənilər yaşayır. Bu günlərdə ermənilər Zabuxdan köçürülür. Burada yaşayanlar əsasən Livan, Suriya, Rusiya, İraqdan köçüb gəlmiş ermənilərdir.

Zabuxda daşnak Andranikə cangüdənlik edən Putin əsgəri...-Nə demək istəyirsən?..

Yayılan məlumatlara görə, tək-tük ermənilər Qarabağda qalmağa qərar verirlər, əksəriyyət başını və qəbirlərini götürüb Ermənistana qaçırlar. Azərbaycan dövlətinin zarafat etmədiyini "Qisas" əməliyyatından sonra anlamağa başlayan erməni terrorçular da özlərini yığışdırmağa başlayıblar bu ərəfədə. Yeri gəlmişkən, FHN-in Qarabağ rayonları üzrə strukturlarının və texnikasının Laçın və dəhlizboyu kəndlərə göndərilməsi Azərbaycanın möhtəşəm və iddialı gedişlərindən sayılmalıdır. Ermənilər laçını yandırmasın, yandırsalar, FHN texnikası iş başında olacaq! Azərbaycanın digər bölgələrində yanğın çıxanda necə bizim öz yanğınsöndürənlərimiz hadisə yerində olursa, ayrılmaz və müqəddəs parçamız olan Laçını da yanğından özümüz qorumalı, özümüz söndürməliyik.
Ətraflı

Belə bir ərəfədə, mərhələ xarakterli bir prosesi uğurla apardığımız zaman ölkə daxilindəki və xaricindəki hansı amillər prosesə kölgə sala bilər? Bu amillər yolundamı və ortaya hansısa təhdidlər çıxa bilərmi? Azərbaycan müxalifəti Laçın prsosesinə necə baxır və dövlətin siyasəti ilə razıdırmı? Prosesə İran və Rusiyanın loyallığı gözlə görünür, bəs, Qərb ölkələri nə əcəb heç səs eləmirlər, hansısa bəyanatlar, hansısa telefon zəngləri, səfərlər müşahidə edilmir? Hər kəs Azərbaycanın yaratdığı status-kvo ilə bu qədərmi razıdır?

Məsələ Qarabağdakı separatçı ermənilər və oyuncaq-saxta rejim üçün o qədər ümidsizdir ki, onların təmsilçiləri son günlər tək qaldıqlarını, Ermənistan ermənilərinin də onları tərk etdiklərini açıq şəkildə söyləyir və şikayətlənirlər. "Artsax cəmiyyəti tək qalıb'', - deyə fəryad edən erməni fəallar və politoloqlar haqlıdırlarmı və bu əhval-ruhiyyə Azərbaycanın xeyrinədirmi? Tək qalıblarsa, buyursunlar bizim torpaqları tərk etsinlər.

Bu əhvalda olan icmanın Azərbaycana inteqrasiya prosesi necə olacaq? Dövlətimizin bu istiqamətdəki planları ermənilərin o cür pessimist əhvalına uğun gəlirmi?

bakunews.az milli.az-a istinadən xəbər verir ki, BQP başqanı, deputat Fazil Mustafa "Yeni Müsavat"a bildirdi ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindən ermənilərin çıxarılması nəzərdə tutulan plan üzrə həyata keçirilir: "Azərbaycan tərəfi də qısamüddətli "Qisas" əməliyyatında qətiyyətli şəkildə bir daha göstərdi ki, deyilən müddətdə bu addımlar atılmayacaqsa, ən sərt münasibəti ortaya qoyacaq. Bunu həm Rusiya sülhməramlıları, həm erməni hərbi birləşmələri, həm də Ermənistan rəhbərliyi gördü. O baxımdan da burada proses bizim istədiyimiz şəkildə gedir. Həqiqətən də biz qabaqlayıcı müəyyən addımlar ata bildik. Xüsusilə də Rusiya sülhməramlıları, Qarabağda yaşayan erməni separatçılarının təmsilçilərinin diqqətinə prosesin bu qədər gərginləşdirilməsi, yanğınların, dağıntıların törədilməsinin gələcəkdə onlar üçün böyük problemlər yaradacağını çatdırdıq. Bildirdik ki, Azərbaycan bu məsuliyyətsiz davranışların cavabını daha sərt şəkildə verə bilər. Bunu da onunla əsaslandıra bilər ki, bütün bunlar sizin Kəlbəcərdə, Laçında etdiklərinizin çox kiçik hissəsidir və biz sizə edirik. Bizim belə bir niyyətimiz yoxdur, amma siz bizi buna məcbur edirsiniz. O halda biz bu addımı istənilən vaxt sizə qarşı atmağa qadirik və bunu da edəcəyik. Ona görə də onların gələcəyin "Qisas-2"sini gözləmədən belə bir addım atmaları hər halda yerində oldu".

F.Mustafanın sözlərinə görə, eyni zamanda Azərbaycan FHN-in yanğınsöndürənlərinin bölgəyə getməsi, rus hərbçilərin müşahidəsi ilə orda yerləşməsi mümkün yanğının lokallaşdırılmasını təmin edə biləcək ehtiyat addımlar idi: "Bu məsələdə Rusiya sülhməramlıları da prosesə Rusiyanın imzaladığı sənədə hörmət prizmasından yanaşdılar. Çünki bizim burada Rusiya sülhməramlılarından hansısa bir tələb, yaxud fədakarlıq istəyimiz olmayıb. Burda birbaşa Putinin altına imza atdığı sənəddən söhbət gedir. Həmin sənəddə də Azərbaycan öhdəsinə düşən yolu çəkibsə - bizə dəxli yoxdur, Ermənistan çəkəcək, çəkməyəcək, xüsusilə Laçın dəhlizi ilə bağlı vəziyyət necə olacaq - buyurub, hələ ki, həmin yolla hərəkət eləsinlər. İndi biz artıq Zəngəzur üzərində indekslənmişik, Zəngəzur dəhlizini həll etməyə iradə ortaya qoymasalar, onda Laçın dəhlizi ilə bağlı imkanlarımız daha da genişlənəcək. O halda məsələyə müdaxilə etmək imkanımız kifayət qədər real olacaq. Ermənilərin də bu məsələdə ümidsizləşməsi bizim illərdir gözlədiyimiz prosesdir. İllər keçdikcə, zaman bizim xeyrimizə işləyir. Təbii ki, biz arzu etdiyimiz hədəfə tam çatmamışıq. Amma arzu etdiyimiz hədəfə çatmaq üçün bütün pilləkənlərı qoyuruq. Yəni o binaya çıxamğımız üçün lazım olan pilləkənləri artıq qoymuşuq. İndi o binanın içərisinə qalxmaq üçün bizə müəyyən vaxt lazımdır. İndi vaxtdan ən ağıllı istifadə edən məhz Azərbaycan dövlətidir. Azərbaycan Prezidentinin də qətiyyətli şəkildə bu mövzuda kompromissiz bir siyasət sərgiləməsini müşahidə etməkdəyik. Son vaxtlar Ermənistan ictimaiyyətinə daha məqsədyönlü şəkildə mesajlar ötürülür və orda da öz rezonansını göstərir. Xüsusilə də Zəngəzur məsələsində Azərbaycanın hansısa güzəşti düşünmədiyini hər dəfə vurğulaması, üstəlik, Qərbi Azərbaycan icmasının yaranması da Ermənistanın iddialarına qarşılıq verəcək bir siyasi modelin də qurulduğunu təsdiqləyir. Yəni biz bütün platformalarda - siyasi, diplomatik, hərbi, mülki platformalarda - üstünlüyü artıq ələ götürmüşük". Millət vəkili qeyd etdi ki, artıq sentyabrın 1-dən sonrakı yeni dövrün başlanğıcından bəhs etmək olar: "Çünki ərazi ilə bağlı imzalanan bütün bəndlər yerinə yetirildi. Qaldı əlimizdə olmayan ərazidə yaşayan ermənilərlə problemi çözmək. Bu problemin çözülməsi də Azərbaycan vətəndaşlığı kontekstində ola bilər. Azərbaycan bu ərazilərdə möhkəmlənəndən sonra Azərbaycan vətəndaşlığını stimullaşdırmalı, Azərbaycan vətəndaşı olmayan hər hansı bir erməninin terrorçu və separatçı kimi tanıtımını sürətləndirməlidir. Sonra da onlara qarşı hansısa bir mexanizm - hərbi, mülki, yaxud da cəza mexanizmləri - tətbiq olunanda hamı buna hazır olmalıdır. Çünki bunun təbliğatı bir neçə müddət həm beynəlxalq arenada, həm də ermənilərin öz arasında gedəcək. Onlar anlayacaqlar ki, Azərbaycan vətəndaşı olmadan Azərbaycanın suveren ərazisində yaşamaq perspektivləri ümumiyyətlə, yoxdur. Laçından sonra bu perspektiv tamamilə sıfra enəcək. Biz bir az səbirli olub bu prosesi gözləməliyik".

BQP başqanının sözlərinə görə, Azərbaycan müxalifətinin bu proseslərə baxışı fərqlidir: "Kənardan idarə olunan Azərbaycan müxalifəti kədərlidir. Azərbaycanın cənubundan idarə olunan Azərbaycan müxalifəti çox üzüntülüdür. Onlar Laçının da boşalmasını artıq onların əlindən bütün şanslarının çıxması kimi qiymətləndirirlər. Azərbaycan dövlətinə bağlı bütün müxalifət qüvvələri bu məsələdə Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin yanındadır, bu siyasəti dəstəkləyir və bu siyasətin həyata keçməsi üçün öz dəstəyini ifadə edir".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

4-08-2022, 14:38

Sanosyan: "Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq"

Cəmiyyət

7-08-2022, 14:05

Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Siyasət

11-08-2022, 21:50

Erməni deputatlar Qarabağa gəliblər - TƏXRİBAT

Cəmiyyət

15-08-2022, 11:22

Ermənilərin Laçında yandırdıqları evlər kimindir?

Cəmiyyət

10-08-2022, 15:39

Laçından son görüntülər: Ermənilər şəhəri tərk edir-video

Siyasət

26-07-2022, 20:31

Xankəndi və Əsgəran ordumuzun “ovucunun içinə” düşür - DETALLAR

Cəmiyyət

1-09-2022, 10:20

Erməni vandalizminə məruz qalmış Laçın şəhəri - FOTOlar

Cəmiyyət

12-08-2022, 11:04

Laçın şəhərində nə qədər erməni yaşayır?

İqtisadiyyat

25-08-2022, 12:44

Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq

Siyasət

13-08-2022, 13:10

Laçının deputatı: "Prezidentin qayıdış xəbərini verməsi bizim üçün böyük sevincdir, xoşbəxtlikdir"

Cəmiyyət

26-08-2022, 17:18

Azərbaycanın nəzarətinə keçən ərazilər – Xəritə

Cəmiyyət

3-08-2022, 18:13

Laçında qalan ermənilər təxliyə edilir: "Evləri yandırın!"

Araşdırma
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Dünən, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Dünən, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Xəbər lenti
  • Bu gün, 12:11
    Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… - İLGİNC GƏLİŞMƏ...
  • Bu gün, 11:59
    Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
  • Bu gün, 11:50
    Yarım milyon manatı vergidən yayındırma faktı üzrə cinayət işi açılıb, məhkəmə başlayır
  • Bu gün, 11:25
    İşçinin həyatı üçün AÇIQ TƏHLÜKƏ... - MÜRACİƏT
  • Bu gün, 11:01
    İlham Əliyev: İtkin düşmüş şəxslərin taleyi Ermənistanla etimadın gücləndirilməsi üçün mühüm məsələdir
  • Bu gün, 10:48
    Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:22
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:11
    "Qurtuluş 93"-də zirzəmi obyektə çevirilir - Sakinlər narazıdır
  • Bu gün, 09:34
    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu bu gün tatamiyə çıxacaq
  • Bu gün, 09:23
    Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
  • Bu gün, 09:00
    Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
  • Dünən, 18:31
    Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • Dünən, 18:22
    FHN Kəmaləddin Heydərovun oğlunun 3 mərtəbəli obyektinin istismarına icazə verdi - AY MAŞALLAH...
  • Dünən, 18:01
    Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
  • Dünən, 17:41
    Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
  • Dünən, 17:07
    Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
  • Dünən, 16:45
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • Dünən, 16:27
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 16:16
    Tanınmış cərrah İcbari Tibbi Sığortanı yerdən-yerə vurdu - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
  • Dünən, 15:43
    Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
  • Dünən, 15:23
    Xəstələr yollarda qalıb: Yeni Klinikada MRT və KT işləmir... - NARAZILIQ VAR...
  • Dünən, 15:00
    Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
  • Dünən, 14:47
    Yasamalda səkilər “işğal altında” - FOTOLAR
  • Dünən, 14:27
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 13:16
    “Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT
  • Dünən, 12:40
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Dünən, 11:44
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Dünən, 11:25
    İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu
  • Dünən, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Dünən, 10:36
    Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI - FOTO
  • Dünən, 10:10
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Dünən, 10:00
    20 manatlıq "Asiamed"ə 1.1 milyonluq tender verildi: ATU-nun seçimi... - TƏFƏRRÜAT
  • Dünən, 09:38
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Dünən, 09:26
    “İmplantium” klinikasında QANUNLAR İŞLƏMİR - ÖZ ƏLİ... ÖZ BAŞI...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə