Sizin reklam burada 728×90
Son dəqiqə

İlham Əliyev Cənubi koreyalı həmkarına məktub göndərib

03.10.2023 12:11 520 1 dəq oxunur
İlham Əliyev Cənubi koreyalı həmkarına məktub göndərib
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.

President.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir.
Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərirlər. Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az