Sizin reklam burada 728×90
Son dəqiqə

Rəsul Quliyev də İlham Əliyevi dəstəklədi

25.12.2023 14:49 417 1 dəq oxunur
Rəsul Quliyev də İlham Əliyevi dəstəklədi
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib.

Bu barədə məlumat R.Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında açıqlanıb.

Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.

Qurultayda onun müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov və Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağzadə hazırkı Prezident İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az