Sizin reklam burada 728×90
Son dəqiqə

“Seçki prosesində bu şəxslər də nəzərə alınıb”

22.08.2024 17:05 587 1 dəq oxunur
“Seçki prosesində bu şəxslər də nəzərə alınıb”
“Seçki prosesində görmə qabiliyyətində problem olan və hərəkət məhdudiyyətli şəxslər də nəzərə alınıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, görmə məhdudiyyətli şəxslər üçün Brayl əlifbası ilə trafaretlər çap olunub: “Bunlar istisnasız bütün məntəqələrə göndərilib. Hərəkət məhdudiyyətli insanlar üçün isə ƏƏSMN ilə birgə panduslar quraşdırılır. Belə seçicilərin yaşadığı ünvanlar müəyyənləşdirilir. Ümumilikdə 2471 məntəqədə belə pandus qoyulub”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az