Sizin reklam burada 728×90
Son dəqiqə

“Gəlinim mənim kimi fədakar, cəfakeş olsun”

18.05.2024 11:21 884 1 dəq oxunur
“Gəlinim mənim kimi fədakar, cəfakeş olsun”
Əməkdar artist Xumar Qədimova oğlundan danışıb.

İfaçı övladının onun kimi bir xanımla ailə qurmaq istədiyini deyib. Bu barədə sənətçi “Qonaqcanlı” verilişində söz açıb.

“Oğlum deyir ki, sənin kimi biri olmağını istəyirəm. Deyirəm, Uğur, (red. - oğlu) onu haradan tapacağam? Mənim kimisi yoxdur. İstəyirəm o, mənim qızım olsun. Gəlin nədir? Unudum ki, o mənim gəlnimdir. Qızımdır, evimdir, eşiyimdir, hər şeyimdir. “Kadınsı” olsun. Mənim kimi sadiq, fədakar, cəfakeş, düzgün olsun. Onu qətiyyən qısqanmaram. Sadaladıqlarım olsa, o qıza canımı, ürəyimi də verərəm. Mən bunu dəfələrlə deyirəm ki, mənim üçün bioloji tərəf, qan qohumluğu heç də vacib deyil. Nə olsun qanımdan, canımdan deyil, o, mənim qızımdır. Əgər bizim istədiyimiz, qəbul etdiyimiz bir insan olsa, o, mənim balamdır”, - deyə, o, söyləyib.

Qeyd edək ki, Xumar Qədimovanın oğlu Uğurun 29 yaşı var. (OLAY)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az