Sizin reklam burada 728×90
Son dəqiqə

Avqustun 7-də musiqi məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək

18.07.2022 15:25 689 1 dəq oxunur
Avqustun 7-də musiqi məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahan avqustun 7-də təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək həyata keçirilir.

Namizədlər bu link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az