• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İmtahan qiyməti 10 manatdan baha ola bilməz - ETİRAZ

Təhsil

28-07-2022, 12:47

Ali məktəb və kolleclərə qəbul imtahanlarının yeni tarifləri müəyyənləşib. Tarif Şurasının bir neçə gün öncə qəbul etdiyi qərara əsasən, imtahanlarda iştirak etmək üçün tələb olunan məbləğ artırılıb. Qiymət artımı gözlənildiyi kimi birmənalı qarşılanmayıb.

Bəzi valideynlər imtahan qiymətlərinin artırılmasına lüzum olmadığını deyərək, Tarif Şurasının qərarına etiraz ediblər. Bir çox vətəndaşlar hesab edirlər ki, Dövlət İmtahan Mərkəzinin dövlət tərəfindən maliyyələşdiyi halda qiymətlərin qalxması əsassızdır.

Yeni tariflər imtahanların təşkilinə necə təsir edəcək? DoğruXəbər.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, DİM yarananadək qəbul imtahanlarına giriş qiyməti çox ucuz olub:

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) ləğv olunduqdan sonra publik hüquqi şəxs olan DİM yarandı. Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Ancaq maraqlı tərəf ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsə belə, vətəndaşlar 3 manat pul ödəyirdilər. Dövlət İmtahan Mərkəzi yaranandan sonra isə bu məbləğ ciddi şəkildə artırıldı. Nəzərə alaq ki, bakalavr səviyyəsində qəbul imtahanlarına giriş 40 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manatdır. Sualı yazan müəllifə bir suala görə 1 manat pul verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Kitabçanı yoxlayan ekspertə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasına vərəqin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul lazımdır. 1 sual kitabçası düzəldirlər, imtahanda da 40 min nəfər iştirak edir. Təsəvvür edin ki, bu məbləğ onun arasında bölünür".

K.Əsədov bildirib ki, sınaq imtahanlarında 30 min nəfərdən çox şəxs iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz:

"Burada kifayət qədər ciddi rəqəm var. Əgər imtahanda 40 min nəfər iştirak edirsə, onu 40 manata vurun və görün hansı məbləğ ortaya çıxır. Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik, sınaq imtahanında istifadə olunan test tapşırıqları da təzə deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır. Hesab edirəm ki, əgər qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır. Təhsilə xidmətdən söhbət gedirsə, məbləğ 10 manatı keçə bilməz. Qəbul imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur".

Ekspert, həmçinin deyib ki, qəbul imtahanlarının qiyməti 6 il ərzində 20 dəfəyə yaxın bahalaşıb:

"Belə ki, 2016-cı ilə qədər imtahan 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40, 2023-cü ildə 45 və 50 manat olacaq. Səbəb? Heç bir halda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz. Düzdür, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində "dövlət" sözü var".

Qeyd edək ki, ali məktəb və kolleclərə imtahanlarda yeni tariflər müəyyənləşdirilib. Bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib.

Qərara əsasən, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilib və yeni tarifləri müəyyənləşdirilib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

2-08-2022, 20:10

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə güzəşt...

İqtisadiyyat

26-07-2022, 19:12

Tarif Şurası benzin və dizellə bağlı qərarını açıqladı

Təhsil

21-08-2022, 15:25

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib - YENİLƏNİB

Təhsil

21-08-2022, 09:40

DİM bu gün növbəti imtahanlar keçirir

Təhsil

21-08-2022, 15:15

Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib

Səhiyyə

3-05-2023, 23:49

Tarif Şurası 95 dərmanın qiymətini təsdiqlədi

Ölkə

4-09-2022, 10:14

Bu gün DİM əlavə imtahan keçirir

Təhsil

31-07-2022, 14:44

Hərbi liseylərə imtahanlar keçirildi

Siyasət

26-08-2022, 16:24

Tarif Şurasının bu səlahiyyəti ləğv edildi

Təhsil

4-08-2022, 15:47

Lisey və gimnaziyalara sənəd qəbulu başlayıb

Təhsil

3-08-2022, 11:16

Məktəb direktorlarının işə qəbuluna başlanılır

Təhsil

7-08-2022, 12:45

Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Bu gün, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Bu gün, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Bu gün, 13:10
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Bu gün, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Bu gün, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Bu gün, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Bu gün, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Bu gün, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Bu gün, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Bu gün, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə