Sizin reklam burada 728×90
Son dəqiqə

Məktəbdə təmir başlayıb, daha sonra 4,6 milyonluq tender elan olunub?

04.04.2025 01:23 395 1 dəq oxunur
Məktəbdə təmir başlayıb, daha sonra 4,6 milyonluq tender elan olunub?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu gün – 3 aprel tarixində tender müsabiqəsi elan edib.

Bakunews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsi Sumqayıt şəhər 21 nömrəli 1 176 şagird yerlik məktəbin əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır.

Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 4 milyon 616 min 473 manat 88 qəpik təşkil edir.

Məlumat üçün onu da qeyd edək ki, təxminən 2 ay əvvəl – 10 fevral tarixində Elm və Təhsil Nazirliyinin rəsmi mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetində yayımlanan xəbərdə Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işlərinin davam etdirildiyi yazılıb. Məlumatda bildirilib ki, bu barədə məlumat “Azərbaycan müəllimi” qəzetinə Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az