• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Mauqli” ləqəbli Elvin müharibədən qayıdanda belə qarşılanmışdı... - VİDEO

Video

12-07-2022, 16:08

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

ULUTV.İNFO xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər “AzərTAC” agentliyinin qazi haqqında hazırladığı “Vətən müharibəsində düşmənə qan udduran Mauqli ləqəbli qazinin döyüş yolu” başlıqlı videonu paylaşırlar. Video təxminən iki il əvvəl hazırlanıb.

AzərTac-ın 24 noyabr 2020-ci il tarixində Elvin Cəfərovun evindən hazırladığı reportajı təqdim edirik:

“Qırx dörd günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Belə oğullardan biri də 39 gün müddətində Vətən torpağı uğrunda döyüşən Elvin Cəfərovdur. Yoldaşları arasında Mauqli ləqəbi qazanan və pulemyotçu olan Elvinin iştirak etdiyi hücumlardan birinin videosu da sosial şəbəkələrdə yayılıb.


Qəhrəmanımız Sabirabad rayonunun Qalağayn kəndindindəndir. Ötən gün əməkdaşlarımız bölgədə olarkən qazimizin təntənəli qarşılanma mərasiminin şahidi olublar.


Vətən müharibəsində Elvin bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandığı üçün hospitala yerləşdirilib. Ötən gün isə qazimiz öz doğma yurduna qayıdıb və həmyerliləri tərəfindən alqışla qarşılanıb. Görüş zamanı Elvin qələbə ilə bağlı fikirlərini belə ifadə edib: “27 il işğal altında qalan torpaqlarımızı 44 günə azad etmək bizim üçün böyük şərəfdir. Vətən torpağı uğrunda könüllü olaraq döyüşə yollandım. Döyüş yolum Füzulidən başladı, Hadrut, Qubadlı istiqamətində döyüşdüm və axırıncı dəfə Laçında yaralandım. Amma qələbə mənə bütün yaralarımı unutdurdu. Bu gün qələbə bizimlədir, yaşasın Müzəffər Ali Baş Komandan, var olsun Azərbaycan Ordusu, yaşasın Azərbaycan xalqı”.

Qazimiz sakinlərin müşayiəti ilə ata evinə yollanmazdan əvvəl Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizi ehtiramla andı.

Elvin qarşılananda həyətlərində böyük sevinc hissi yaşanıb. Azərbaycan ordusunun qalib qazisini isə Cəfərovlar ailəsi fəxr hissi ilə qarşılayıb.


Qazimizin anası Ruqiyyə Cəfərova sevinc hisslərini bölüşüb: “Oğlumla fəxr edirəm, övladlarımızın hamısının borcudur ki, Vətənin keşiyini çəksin. Bu gün çox sevinirik, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib, şəhidlərimizin qisası alınıb, ərazi bütövlüyümüz bərpa olunub. Qarabağ Azərbaycandır!”.


Qazimizin övladları Zakir və Mehrac da ataları ilə fəxr etdiklərini söyləyiblər.


Elvinin idmançı qardaşı Elnur deyib ki, sevincinin həddi-hüdudu yoxdur: “Qardaşım və onun kimi igidlər şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırdı. Elvin bir neçə istiqamətdə döyüşlərdə iştirak edib. Qardaşıma Mauqli ləqəbi veriblər. Elvin axırıncı dəfə yaralananda eşitmə qabiliyyətini və nitqini itirmişdi. Hospitalda məni gördü və ağlamağa başlayarkən nitqi açıldı. Daha sonra müalicəsinə davam etdi. Sağaldıqdan sonra isə evə qayıtdı. Bütün ordumuzla fəxr edirəm, bu qələbə sevincini bizlərə yaşatdı”.


Qazimizlə söhbət əsnasında onunla bağlı çoxlu maraqlı faktları da öyrənmiş olduq. Elvin sosial şəbəkələrdə yayılan döyüşçülərimizin həmləsini əks etdirən videoçarxdakı qəhrəmanlarımızdandır. Həmin videoda pulemyotçu olan Elvin özüdür.


Keçdiyi döyüş yolundan danışan Elvin deyib ki, müharibə başlayanda könüllü olaraq hərbi komissarlığa müraciət edib: “Torpaqlarımızı azad etmək üçün yola düşəndə sevincimin həddi-hüdudu yox idi. Çünki biz ölməyə yox, düşmənləri torpaqlarımızdan qovmağa yola düşürdük. Döyüş yolum Füzulidən başladı, daha sonra Hadrutda, Qubadlıda gedən döyüşlərdə iştirak etdim. Laçın döyüşlərində oldum, düşmən bizi artilleriyadan atəşə tutsa da, biz sevinclə, qürurla irəliləyirdik”.


Qeyd edək ki, Elvin döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandıqda isə ayaq, kürək nahiyəsindən qəlpə yaraları alıb, nitqi isə öncə tamamilə itsə də, sonra açılıb”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-07-2022, 11:48

Sabirabadda özünü yandıran qazi vəfat etdi

Bölgə

12-07-2022, 15:48

Sabirabadın icra başçısı ölən qazinin yasına gəldi — Jurnalistlərə “siyasiləşdirməyin…” DEDİ (VİDEO)

Cəmiyyət

12-07-2022, 16:14

Qazi Elvin Cəfərovla bağlı RƏSMİ MƏLUMAT - FOTO

Hadisə

24-08-2022, 16:32

24 yaşlı qazi vəfat etdi

Cəmiyyət

13-07-2022, 13:24

Ekspertdən qalmaqallı sözlər: “Əsgərlikdə olmayıb, 14 ildir icra başçısıdır”

Cəmiyyət

17-07-2022, 12:59

SİRAQƏDDİNİN İNTİHAR HƏDDİNƏ ÇATDIRDIĞI QAZİYƏ ŞƏHİD STATUSU VERİLSİN!

Video

28-07-2022, 11:10

Azər Zahid hörmətsizlik etdiyi qazidən üzr istədi - VİDEO

Cəmiyyət

14-07-2022, 11:51

Qazi adı ilə pərdələnən siyasət biçarələri: onlar yenə fəallaşıblar

Gündəm / Təhsil / Bölgə

11-01-2023, 22:09

Azərbaycanda daha bir məktəb direktorunun qeyri-adi görüntüləri yayılıb - VİDEO

Cəmiyyət

24-08-2022, 17:58

Qazi yeni doğulan övladına şəhid yoldaşının adını verdi

Siyasət

1-08-2022, 13:05

Müdafiə Nazirliyindən sosial şəbəkədə yayılan videolarla bağlı ÇAĞIRIŞ

Cəmiyyət

13-07-2022, 18:02

Xaçmazda qazi intihara cəhd edib - FOTO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 13:20
Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
Dünən, 08:56
Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
27-07-2026, 10:59
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
27-07-2026, 10:00
33 yaşlı kişi Qarabağ kanalında batıb
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Xəbər lenti
  • Dünən, 19:00
    İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
  • Dünən, 18:47
    Türmədən Mandela kimi çıxacam, hakimiyyətə qayıdacam - Saakaşvili
  • Dünən, 18:30
    Qaz təchizatı obyektlərinin mühafizə zonalarına dair yeni tələblər qüvvəyə minib
  • Dünən, 18:22
    Magistratura imtahanının nəticələri elan olunub
  • Dünən, 18:05
    Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
  • Dünən, 17:46
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Dünən, 17:32
    Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO
  • Dünən, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Dünən, 17:11
    Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
  • Dünən, 16:03
    Dənizdə batan 4 nəfər AXTARILIR
  • Dünən, 15:40
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • Dünən, 15:28
    “E-manat“ın sahibinin dövlətə borcu yaranıb - Küllü miqdarda
  • Dünən, 15:09
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • Dünən, 15:04
    Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
  • Dünən, 14:52
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 13:20
    Salyanda kişi ov tüfəngi ilə vuruldu - Keçmiş qayınatası saxlanıldı
  • Dünən, 13:06
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
  • Dünən, 12:15
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • Dünən, 12:06
    Tahir Budaqovun Nəsimi rayonunda obyekt “siftəsi”: bir gecədə 20 ağac kəsildi -VİDEO
  • Dünən, 11:39
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • Dünən, 11:32
    Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
  • Dünən, 11:22
    Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib
  • Dünən, 10:32
    İnsan həyatı ilə oyun: Azadxanovun ümidinə qalan qeyri - təcili yardım
  • Dünən, 10:20
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • Dünən, 10:03
    Həkim yazır - görün Azərbaycan səhiyyəsi nə gündədir!
  • Dünən, 09:44
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • Dünən, 09:33
    Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
  • Dünən, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 09:07
    Rövşən Nəcəf SOCAR-ı "SÖKÜR" - Dəniz özülləri və neft boruları qanunsuz sökülür - VİDEOLAR
  • Dünən, 08:56
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 18:30
    Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
  • 28-07-2026, 18:30
    SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
  • 28-07-2026, 18:03
    Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib
  • 28-07-2026, 17:49
    Tramp İranın Pikaks dağındakı nüvə obyektinin məhv ediləcəyini vəd edir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə