Sizin reklam burada 728×90
Son dəqiqə

Yaşadığı evin həyətində narkotik becərən Göyçay sakini saxlanılıb - VİDEO

29.08.2022 11:53 638 1 dəq oxunur
Yaşadığı evin həyətində narkotik becərən Göyçay sakini saxlanılıb - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Məmməd Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb.

M.Hüseynov ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə kollarını da bir müddət əvvəl becərərək aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az