"NATO Ukraynanın alyansa daxil olmasına deyil, hərbi yardıma diqqət yetirir".
bakunews.az report-a və rbc-ukraina-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"İndi səylər Ukraynaya öz müstəqilliyini qoruyub saxlamağa kömək etmək üzərində cəmlənib. Hazırda əsas məsələ budur, NATO-ya üzvlük yox", - Stoltenberq deyib.
Alyansın baş katibi hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi illərlə uzana bilər.
bakunews.az