Anons

Dünən, 07:19 - Çində tikintidə uçqun baş verib, ölənlər var

27-03-2017, 23:30 - PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXAN İMİŞLİ RAYON MƏMURU – VİLYAM HACIYEVİN BUNDAN XƏBƏRİ VAR...?

27-03-2017, 15:18 - Vidadi Zeynalovun kef çəkdiyi gizli məkan - Foto

27-03-2017, 15:06 - Azərbaycanda nazir işdən çıxarıldı – Yeni təyinat

27-03-2017, 12:47 - Zakir Fərəcov niyə toxunulmazdır?

26-03-2017, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

26-03-2017, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

25-03-2017, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

Sabiq bank işçisi kömək istəyir

Tarix:3-09-2015, 13:17 Baxış Sayı:208

Sabiq bank işçisi kömək istəyir


“Unibank” KB ASC-nin Nərimanov filialında çalışmış və həbs olunmuş Sahib Ağayevə Bakı Apelyasiya Məhkəməsində bəraət verilməsi və hazırda həmin bəraət qərarının ləğvinə hesablanan addımlar atılması haqda məlumat vermişdik. S.Ağayev prezidentə müraciət ünvanlayaraq ona qarşı haqsızlıqların aradan qaldırılmasını istəyib.


S.Ağayev həyatını alt-üst olduğunu yazır: “Möhtərəm prezident! 14 avqust 2015-ci ildə işim üzrə Bakı Apelyasiya Məhkəməsində yeni məhkəmə baxışı təyin edildi. Hakim Qədim Babayevdir. Mənə bu iş üzrə bəraət verilib. Lakin mənə qarşı yenidən araşdırmalara başlanıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən əvvəlki məhkəmə prosesində bu işlə bağlı bütün hadisələr tam olaraq araşdırılıb və mənim dələduz olmadığım barədə yekun qərar verilib. Bəraət hökmü almışam. Buna baxmayaraq, indiki məhkəmə iclasında tam əksi, yəni mənim əməllərimi qanunsuz olaraq dələduzluq əməlinə uyğunlaşdırılmasına cəhd göstərirlər. Mənim mülki qaydada bəzi şəxslərə borcum qalıb. Ailəmin 3 ildən çoxdur ki, çox ağır vəziyyətdə yaşamasına və 11 ay həbsdə olmağıma baxmayaraq, mənim maddi vəziyyətimin ağır olduğunu bilərəkdən, borclu olduğum məbləğin tam ödənilməsini tələb edirlər. Bunun qeyri-mümkün olduğunu bilə-bilə... Halbuki sizin sayənizdə günü-gündən inkişafda Azərbaycan Respublikasının heç bir qanununda müflis olmuş, maddi vəziyyəti ağırlaşmış borclu şəxsin məcburən borcunu tam ödəməsinə məcbur edilməsi barədə heç bir qərar yoxdur...

Əvvəlki müraciətimdə bildirdiyim kimi, ailəmiz çox ağır vəziyyətdədir, borc içində, kirayədə yaşayırıq. Ailəmizdə atamdan başqa çalışan yoxdur. Onun da gündəlik əmək haqqı 10 manatdır. Artıq 3 ilə yaxındır ki, məhkəmələrdə sürünürəm, mənim rahat nəfəs alaraq işləməyimə heç bir şərait yoxdur. Məhkəmələrin tələbi odur ki, borcumu tam ödəyim, baxmayaraq ki, borcumu ödəmək üçün dəyərli heç nəyim yoxdur. Məhkəmələr, dövlət ittihamçıları tərəfindən qanunsuz olaraq bu şərt irəli sürülür. Eyni zamanda, Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Borcumu tam ödəməyim üçün mən ya oğurluq, ya quldurluq etməliyəm. Yəni dələduz olmadığımı sübut etməyim üçün oğru və ya quldur adını almalıyam. Bunları etməyi bacarmıram və etmək niyyətim də yoxdur".

S.Ağayev prezidentə müraciətində yazır: “Mən artıq dəli olmaq, intihar ərəfəsindəyəm, hər günüm depressiya və stress içində keçir. Çünki təkəm, heç kimim yoxdur. Ümidimi ancaq göydə Allaha və yer üzündə isə Sizə bəsləmişəm. Sizdən çox xahiş edirəm, mənə köməklik göstərilsin, borc və ya kredit verilsin ki, dələduz adını üzərimdən götürərək, məhkəmədə qanuni haqqımı alım və 4 ilə yaxın əzab-əziyyətlərdən sonra rahat nəfəs alaraq, işə düzəlib borcumu ödəyim. Sizdən çox xahiş edirəm, harayıma gəlin, mənim yaşamaq həvəsim və gücüm ancaq Sizə olan inamımda və Sizdən gələcək köməkdədir”. /Dia.az/

XƏBƏR LENTİ