• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Laçında azad sahibkarlığın təşviqi üçün hansı işlər həyata keçirilməlidir?

---

26-08-2022, 16:06

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

Avqust ayının 26-sı Azərbaycan xalqı 30 ildən sonra Laçın rayonuna qayıtdı. Azərbaycanın Ordusu artıq Laçın rayonunda yerləşib, Zabux və Sus kəndləri nəzarətə götürülüb.

Qarşıdakı illərdə Laçın rayonuna böyük qayıdış başlayacacaq. Bu qayıdışın əsası isə azad sahibkarlığın inkişafından keçir. Laçında azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üçün necə bir siyasət həyata keçirilməlidir? Bundan əlavə, sahibkarların bu rayona marağının artırılması istiqamətində hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında Laçın rayonunun iqtisadi cəhətdən böyük potensiala malik bölgələrdən hesab olunduğunu deyib:

"Bir tərəfdən turizm potensialı var, digər tərəfdən aqrar, eləcə də sənaye sektorunda xüsusi imkanları olan rayonlardandır Laçın. Çünki təbii ehtiyyatları çoxdur. Bu da imkan verir ki, emaledici qolları üzrə istehsalı təşkil etmək mümkün olsun. Ümumiyyətlə, işğaldan azad olunan rayonlarla bağlı kifayət qədər geniş miqyaslı vergi güzəştləri tətbiq olunacaq. Hətta sosial haqlarda belə subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulub. Ona görə də Laçın daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən siyasət kifayət qədər liberal olacaq. Çünki məqsəd daha çox yerli və xarici investisiyanın cəlb ediləsinə nail olmaqdan ibarətdir. Bir tərəfdən güzəştlər, digər tərəfdən subsidiya mexanizmi, eyni zamanda növbəti mərhələdə bu istiqamətə yönəldilən güzəştli kreditlərin həcmində də kəskin artımlar gözlənilir. Nəticədə rayonlarımızı, xüsusən də Laçın rayonuna daha çox investisiyanın cəlb olunması gölənilir. Bu baxımdan həm Laçının potensialı, həm də infrastruktunun yenidən qurulması, hava limanının inşası edilməsi daha qısa zamanda Laçın iqtisadiyatının bərpa ediləcəyindən xəbər verir və gözlənilir ki, Laçında məskunlaşma, yəni böyük qayıdış prosesinin başlanması ilə biz pararlel olaraq Laçın iqtisadiyyatının inkişafını müşahidə edəcəyik. Birmənalı şəkildə Laçında da sərmayədən iş adamları həmin güzəştlərdən tam olaraq faydalanacaqlar”.

İqtisadçı ekspert Vahid Məhərrəmov isə hesab edir ki, azad sahibkarlığın inkişafı üçün işğaldan azad olunan torpaqlara ilk öncə orada daimi yaşayacaq vətəndaşların köçürülməsi təmin edilməlidir:


"Hara ki, minalardan təmizlənib ora insanlar köçürülməlidir. İnsanların işlə məşğul olması, biznes qurması təsərrüfat, müəssislər yaratması üçün bir şərait olmalıdır. Belə olanda insanlar sahibkarlıqla məşğul olacaqlar və iqtisadiyyat inkişaf edəcək, insanlar öz üzərində çalışacaqlar, mövcud olan problemləri həll edəcəklər. Ancaq Bakıda oturub, Laçında şirkət qurmaq, fermer təsərrüfatı yaratmaq, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal etmək alınmayacaq. Baxın, bu yaxınlarda İlham Əliyev çıxışında bildirib ki, orada 50 min hektara yaxın ərazidə taxıl əkimi həyata keçirdik, amma hər hektardan orta hesabla bir tona yaxın taxıl götürdük. Bu o deməkdir ki, torpaqlarda ümumiyyətlə, əkin işi aparmasalar, daha yaxşı olardı. Bu o deməkdir ki, onlar orada əkin əkiblər, amma çəkilən xərcin yarısını belə götürməyiblər”.

Vahid Məhərrəmov deyir ki, taxılçılığın öz qanunları var:

"Qoyulan xərçi götürmək üçün ən azı dəmyə şəraitində hektardan ən azı ton yarım məhsul əldə etmək lazımdır, suvarılan sahədə isə iki ton. Birincisi, görünən odur ki, bu işi bilməyən adamlar məşğul olur. İkincisi, orada yaşamayan adamlar məşğul olur, ora onların torpağı deyil. Oraya yalnız həmin torpaqlarda yaşayan adamlar sahib çıxa bilər. Torpaqları münbitləşdirmək, aqrotexniki qaydalara riayət etmək lazımdır, bundan başqa, harada suvarma işləri aparılacağını onlar daha yaxşı bilir. Bütün bu işlər hamısı görünməlidir. Laçında yaşayan vətəndaşlar orada əsaslı bir biznes qura biləcəklər. Artıq orada iş gedir. Bəziləri öz başına əkin, fermer işləri aparırlar. Onlar gələcək üçün Laçında görüləcək işləri bəri başdan bərbad hala salıblar”.

Ekspert Azərbaycanın özü-özünü ərzaq buğdası ilə təmin etməsi üçün bir ilin yetərli olduğunu vurğulayıb:

"Payızda əkin işləri həyata keçirilir, may-iyun aylarında məhsul əldə etmək olar. Bu müddət ərzində lazımı aqrotexniki qaydalara əməl olunsa, hər hektardan ölkə üzrə 60 sentner, bir ton deyil, 6 tondan çox məhsul əldə etmək olar. Ancaq onlar vəd verir. Ona görə vəd verirlər ki, onların hər biri şəhərdə böyüyən, kənd təsərrüfatından uzaq olan adamlardır. Bunlar bir-birinə göstəriş verirlər, dövlət vəsaitindən istifadə edirlər. İşğaldan azad olunan torpaqlarda böyük işlər görmək olar. Ancaq bu işləri orada vaxtıyla yaşayan və torpaqlara bələd olunanlar etməlidir. Yaxşı olar ki, həmin ərazilərə dərhal insanları köçürsünlər. İki ilə yaxındır ki, ərazilər boşalıb, amma insanların ora köçürülməsinə başlanılmayıb. İnsanlar köçməli, məskunlaşmalı və orada əkin işləri aparmalıdır. Onların hər birinə pay torpaqları verilməlidir. Şəhərdə yaşayan kəndlərlə əlaqəsi olmayan adamlar ora buraxılmamlıdır. Elə adamlar var ki, əllərində vəsaitləri var, onlar Laçında və ya başqa rayonlarda yaşayanların, yəni yerli əhalinin pay torpaqlarını əllərindən ala bilərlər. Ən acınacaqlısı isə onlar sonradan həmin torpaqları bərbad hala sala bilərlər. Ona görə də çörək çörəkçiyə verilməlidir”.\\qaynarinfo\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

20-09-2022, 15:33

Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək - SƏRƏNCAM

Cəmiyyət

15-08-2022, 11:22

Ermənilərin Laçında yandırdıqları evlər kimindir?

İqtisadiyyat

5-04-2023, 19:51

Fidan Hüseynova: "Yenidən qurulan şəhər"

Siyasət

1-09-2022, 11:55

"Azərbaycan Ordusu Laçında istənilən təxribatın qarşısını almağa hər an hazırdır" - MN

Mədəniyyət

27-08-2022, 14:00

Məhəbbət Kazımovun oğlu o videodan danışdı: “Ailəlikcə ağladıq”

Cəmiyyət

3-08-2022, 18:13

Laçında qalan ermənilər təxliyə edilir: "Evləri yandırın!"

Siyasət

13-08-2022, 15:02

Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib

Cəmiyyət

12-08-2022, 11:04

Laçın şəhərində nə qədər erməni yaşayır?

Siyasət

26-08-2022, 12:40

Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı, general Prezidentə məruzə etdi (VİDEO)

Siyasət

13-08-2022, 15:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır - Sevil Mikayılova

Cəmiyyət

26-08-2022, 14:17

Ordumuz Laçın şəhərinə belə daxil oldu (VİDEO)

Siyasət

26-08-2022, 11:39

“Azərbaycan Ordusu Laçına yerləşdi” - İlham Əliyev

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
Xəbər lenti
  • Bu gün, 13:11
    "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
  • Bu gün, 12:44
    Sabah 39 dərəcə isti olacaq
  • Bu gün, 12:19
    Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb
  • Bu gün, 11:53
    Nolanın “Odissey”indən - Rekord
  • Bu gün, 11:07
    Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
  • Bu gün, 10:51
    Saatlıda büdcə hara xərclənib? – Qazanbatan kəndində yol yoxdur! VİDEO
  • Bu gün, 10:39
    Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb
  • Bu gün, 09:58
    Dövlətə meydan oxuyan "AF Hotel-Aquaprk" və onun arxasındakı kölgə: Ramiz Mehdiyev şəbəkəsi hələ də iş başındadır? VİDEO
  • Bu gün, 09:40
    Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
  • Bu gün, 09:23
    "Azəriqaz" rəhbərliyi sizi deyirlər: "İmtahanda 37 bal yığan işdən çıxarılacaq, 20-25 bal yığan isə işdə qalacaq? "
  • Bu gün, 09:08
    Tramp: İranın hələ də raket və dron ehtiyatı var
  • Dünən, 16:00
    İAET ABŞ-nin "Darkhovin" AES-ə hücumunu pisləyib
  • Dünən, 15:30
    2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
  • Dünən, 12:00
    Rusiyada helikopter qəzaya uğradı - pilot öldü
  • Dünən, 11:00
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • Dünən, 10:30
    Rusiyanın Kiyevə zərbələri nəticəsində bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
  • Dünən, 10:00
    DÇ-2026: Dünya çempionatının qalibi müəyyənləşir
  • Dünən, 04:26
    Xoşqədəm Xudiyevanın əmr kitablarını özü ilə apardığı və məzuniyyətdə xidməti avtomobildən istifadə etdiyi iddia olunur Gəncə Regional Kollecində yeni iddialar
  • Dünən, 03:47
    Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
  • 18-07-2026, 19:00
    Pakistan Hindistan aviasiyası üçün məhdudiyyətləri avqustun 24-dək uzadıb
  • 18-07-2026, 18:30
    Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
  • 18-07-2026, 18:00
    İrəvanda Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
  • 18-07-2026, 17:30
    Bella Hadid kovboyla sevgilidir?
  • 18-07-2026, 17:00
    Tramp onun taktikasını tənqid etdi
  • 18-07-2026, 16:57
    73 yaşlı Abbaszadə DİM-dən gedir - Son qəbul...
  • 18-07-2026, 16:28
    FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
  • 18-07-2026, 15:43
    İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib
  • 18-07-2026, 13:28
    Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı
  • 18-07-2026, 13:17
    ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
  • 18-07-2026, 13:09
    Gəncədə müəllimə ilə bağlı qalmaqallı iddialar: Sələmçilik və etikadan kənar səs yazısı müzakirə mövzusu olub
  • 18-07-2026, 13:05
    "AzParking" vətəndaşları soyur - Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video
  • 18-07-2026, 12:55
    Bazar günü Bakıda 33 dərəcə isti olacaq
  • 18-07-2026, 12:39
    “Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb
  • 18-07-2026, 12:16
    Allahşükür Paşazadə: Yaxın Şərqdə, Ukraynada münaqişələrin sülh yolu ilə həlli üçün dualar etməliyik
  • 18-07-2026, 12:11
    “MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə