Sizin reklam burada 728×90
Son dəqiqə

Norman etimadnaməsinin surətini Bayramova təqdim etdi

03.06.2026 18:31 146 1 dəq oxunur
Norman etimadnaməsinin surətini Bayramova təqdim etdi
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı səfir Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az